“Bu döyüşlər bir daha sübut elədi ki...” - İlham Tumas

Xəbər verdiyimiz kimi Şanlı aprel döyüşlərində 7 il ötür. Döyüşlər zamanı yaxın silahdaşını itirən Birinci Qarabağ veteranı, Vətən müharibəsi iştirakçısı, jurnalist İlham Tumas aprel döyüşləri haqda təəssüratlarını bölüşüb.
Adalet.az həmin açıqlamanı təqdim edir:
“O vaxt yanlarında olmasam da, canımda yaşadım hər şeyi. Tanıdığım qardaşlar, əziz dostum Raquf Orucov şəhid oldu. Bütün itkilərimizlə yanaşı, Aprel döyüşləri Zəfər Gününün təməllərindən biri idi. Bu döyüşlər bir daha sübut elədi ki, "Qarabağsız Azərbaycan yoxdur" düşünən, Vətən, Dövlət üçün canını fəda eləməyə hazır yüzminlərlə oğul var! Şəhidlərimizin ruhu şad olsun, qazi qardaşlarımız şəfa tapsınlar”.
Qeyd edək ki, İlham Tumas özü də Vətən müharibəsində göstərdiyi xidmətlərə görə “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarıyla təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn
Digər Xəbərlər

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Metrodakı problem aradan qaldırıldı - YENİLƏNİB

"TDT təkcə regional bir təşkilat deyil, strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir"

Leyla və Arzu Əliyevalar Naxçıvanda - FOTOLAR

Aİ-nin Ermənistandakı müşahidəçiləri Zəngilanla sərhəddə - VİDEO

Bu yollar bağlanacaq - Sürücülərin nəzərinə

Azərbaycan və Türkiyəni birləşdirən 3 may ideyaları: Türkçülük - Turançılıq
