Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyulub.
Bu barədə Adalet.az-a AQTA-dan məlumat verilib.
Belə ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Abbasov Sərxan Hüseynqulu oğlunun Türkiyə Respublikasından idxal etdiyi “Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi” müəssisəsinin istehsalı olan "DBL Drink Diblong" əmtəə nişanlı (20.07.2025 - 20.07.2027 istehsal və son istifadə tarixli) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.
Bildirilib ki, faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyası məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.
Digər Xəbərlər
06 Aprel 2026 18:32
6 uşağı zəhərlənən ailəyə sosial-psixoloji yardım göstəriləcək
06 Aprel 2026 17:21
Suçiçəyi ilə bağlı narahatlıq – Səhiyyə Nazirliyindən açıqlama
05 Aprel 2026 10:36
Hər gün yaz göyərtisi yeyin
04 Aprel 2026 13:52
Yazda bir çox xəstəliklər yenidən oyanır...
04 Aprel 2026 09:04
Həkimlər deyir ki...
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51


Bakı -°C

