adalet.az header logo
  • Bakı -°C
02 Fevral 2026 15:40
82
İQTİSADİYYAT
A- A+

Bu əşyaların idxalı ƏDV-dən azad edilir

İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad ediləcək.

Adalet.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad ediləcək.

Bildirilib ki, ƏDV-dən azadolma bu əşyaların idxalçılarının xərclərini optimallaşdıracaq, nəticədə bu sahədə idxalın yüksəlməsinə, mədəniyyət obyektlərinin, muzeylərin eksponatlarla zənginləşdirilməsinə, beynəlxalq mədəni inteqrasiyanın güclənməsinə, pul, antik əşya və incəsənət əsərləri kolleksiyaçılarının dəstəklənməsinə xidmət edəcək.

Qeyd edilib ki, bir sıra inkişaf etmiş ölkələrin təcrübəsində də bu cür əşyaların idxalından vergilərin tutulmaması praktikası mövcuddur.