Bu gün geomaqnit qasırğası gözlənilir
Bu gün G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.
Bu barədə Adalet.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumata görə, 2025-ci il 31 dekabr və 2026-cı il 1 yanvarda qeyd olunan Tac Kütlə Atılmalarının təsiri ilə bu gün də G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. Sonra geomaqnit sahəsinin intensivliyinin sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi gözlənilir.


Bakı -°C

