adalet.az header logo
  • Bakı -°C
05 Yanvar 2026 16:45
98
HADİSƏ
A- A+

Salyanda 11 yaşlı uşaq xəstəxanada öldü

Yanvarın 4-də saat 17:30 radələrində 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

"Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 05.01.2026-cı il tarixində saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda bildirilib.