Bu gün Türkiyənin 58-ci hava limanının açılışı olacaq
Bu gün Türkiyənin şimal-şərqində ölkənin 58-ci hava limanının açılışı olacaq.
Adalet.az xəbər verir ki, Rize-Artvin adlı hava limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Ümumi sahəsi 3 milyon kvadratmetr olan yeni hava limanı Pazar rayonunda yerləşir - Rize şəhərindən 34 kilometr, Hopa şəhərindən 54 kilometr, Artvin şəhərindən isə 125 kilometr aralıda.
Hava limanının uçuş-enmə zolağının eni 45 metr, uzunluğu isə 3 kilometrdir və dəniz sahili üzərində tikilmiş ölkənin ikinci ən uzun zolağıdır.
Rize-Artvin hava limanı ildə 3 milyona yaxın sərnişinə xidmət göstərəcək.
Hava limanının qapalı sahəsi 47 min kvadratmetrdir.
Hava limanının avtoparkı 448 avtomobil üçün nəzərdə tutulub.
Hava limanının ərazisində Çaykur muzeyi də fəaliyyət göstərir və burada hər kəsə Türkiyə çayının faydaları haqqında məlumat veriləcək. Ərazidə kiçik çay fabriki də var.
Türkiyə hökumətinin qərarı ilə Rizə-Artvin hava limanı beynəlxalq hava limanı statusu alıb.
Digər Xəbərlər
02 Iyul 2026 13:11
Alen Simonyan istefa verdi
02 Iyul 2026 13:10
Leyen: Moldova və Ukraynada etdiyimizi Ermənistanda da edəcəyik
02 Iyul 2026 11:51
"İran Əli Xomenrinin qatillərini cəzalandıracaq"
02 Iyul 2026 11:27
Kiyevdə matəm elan edildi
02 Iyul 2026 10:48
Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları – FOTOLAR
02 Iyul 2026 10:02
Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat
01 Iyul 2026 18:42
Meloni: "Trampın qarşısında diz çökməmişəm" - VİDEO
01 Iyul 2026 17:28


Bakı -°C

