Bu il istehlakçılara 130,6 milyon manat ƏDV qaytarılıb
Cari ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 130 milyon 573,9 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Dövlət Vergi Xidmətindən Adalet.az-a bildirilib ki, “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir.
Bu ilin yanvar-sentyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 16 milyon 462,6 min manatdan çox olub.
Digər Xəbərlər
08 Iyun 2026 16:36
“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib - FOTOLAR
08 Iyun 2026 10:57
Azərbaycanın dövlət büdcəsinin gəlirləri açıqlandı - RƏQƏMLƏR
05 Iyun 2026 10:41
Qızıl və gümüş ucuzlaşdı
05 Iyun 2026 09:16
“Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi...”
04 Iyun 2026 21:30
“Bitkoin”in qiyməti düşdü
03 Iyun 2026 13:34
“Azərbaycanın ən böyük üstünlüklərindən biri məhz bu 4-cü şərtə...”
03 Iyun 2026 12:53
5 ildə məcburi köçkünlərin sosial müdafiəsi üçün bu qədər vəsait ayrılıb
03 Iyun 2026 12:28


Bakı -°C

