Büdcə təşkilatlarında müəyyən edilən səmərəsiz xərclərin məbləği açıqlandı

Hesablama Palatası ötən il başa çatdırılmış auditlərdə 155,4 mln. manat həcmində səmərəsiz xərclər müəyyən edib.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Qeyd olunub ki, sözügedən vəsaitin 34,7 mln. manatı mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, 29,2 mln. manatı, qənaət imkanlarından istifadə edilməmə, 20,2 mln. manatı funksional fəaliyyətə aid olduğu halda 3-cü tərəfə ötürülmə, 71,3 mln. manatı isə digər səmərəsiz istifadə hallarına aid olub.
Digər Xəbərlər

Marketlər bizi niyə aldadır?!

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göz yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR
