Bulvarda yeni attraksionlar quraşdırılacaq

Dərs ilinin başa çatmasına sayılı günlər qalıb. Məktəblilər yay tətilinə buraxılırlar. Yay tətilində uşaqların ən çox üz tutduğu məkanlardan biri isə Dənizkənarı Bulvar, buradakı attraksionlardır.
Lakin bir müddətdir ki, bulvar ərazisində bəzi attraksionların fəaliyyəti dayandırılıb, bir neçə attraksion sökülüb.
Məsələ ilə bağlı “Trend”ə açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib ki, bulvar ərazisindən yığışdırılan attraksionlar köhnəlmişdi, müasir tələblərə cavab vermirdi.
“Köhnəlmiş attraksionların yığışdırılması həm də insanların təhlükəsizliyi baxımından vacib idi. Onlar yeni nəsil attraksionlarla əvəzlənəcək. Artıq yeniləri sifariş olunub. İlkin mərhələdə onların bir neçəsini ilin sonuna qədər bulvarda görmək mümkün olacaq”, - deyə Ə.Mehdiyeva bildirib.
Digər Xəbərlər

“Bakcell” bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək!

Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!

"Bakcell" abunəçiləri üçün həyəcanlı anlar- Növbəti “Zeekr 001” avtomobilinin qalibi sən ola bilərsən

İnstaqrama yeni qayda gəlir

"Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir!

Böyük Britaniyada “TikTok”un işçiləri kütləvi ixtisar oluna bilər

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi - FOTOLAR
