Buraxılış kartı olmadan taksi fəaliyyətinə görə bu qurumlar cərimə tətbiq edəcək
Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verilib.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, aşağıda nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxacaq:
- Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir)
- Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (səksən manat məbləğində cərimə edilir)
- Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir);
- Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (yüz manat məbləğində cərimə edilir)
- Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi (Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə min manat məbləğində cərimə edilir).
Digər Xəbərlər
28 Aprel 2026 20:00
Leyla Əliyeva Qəbələdən ailəsi ilə fotosunu paylaşdı
28 Aprel 2026 19:35
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq
28 Aprel 2026 18:14
Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
28 Aprel 2026 18:06
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
28 Aprel 2026 17:56
Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətində dəyişikliklər olacaq
28 Aprel 2026 17:51
Fərdi məlumatların qorunması haqqında yeni qanun
28 Aprel 2026 17:43
Kamran Əliyev Mərakeşdə səfərdədir - FOTO
28 Aprel 2026 17:40


Bakı -°C

