Bürclərə görə ən uyğun 6 cütlük

Yəqin hind filmlərində görmüsünüz: valideynlər öz ovladlarınıevləndirməmişdən qabaq münəccimə fal açdırırlar. Seçdikləri gəlin və ya bəynamizədi ilə onların övladlarının taleyinin üst-üstə düşüb-düşməməsiniöyrənirlər. Ortada müəyyən inanc varsa, deməli ən azından illərin təcrübəsi dəvar. Bürclərə nə qədər inandığınızı deyə bilmərəm, ən azından əlinizin altındaməlumat olsun.
İnsanlar yeni bir münasibətə başlayanda duyğular ağlı üstələyir. Çox vaxt ilk parlaq təəssüratlar solduqca, yerini təəssüfə verir. Anlayırlar ki, bir-birinəuyğun insanlar deyilmişlər. Bürclər isə bu işdə köməklik göstərməyəhazırdırlar. Münəccimlərin dediyinə görə, insanlar tanış olarkən mütləq bir-birininbürcünü soruşmalı, uyğun olub-olmadığını müəyyənləşdirməlidirlər. Beləliklə, bürclərəgörə, ən uyğun 6 cütlük:
1. Qoç və Əkizlər – bu iki bürc sanki bir-biri üçün yaradılıb. Alovkülək olmadan yayıla bilmədiyi kimi Oğlaq Əkizlər olmadan sevginin dadınıbilməz. Bu cütlük həm fiziki olaraq bir-birinə uyğun gəlir, həm də mənəviolaraq. Bu isə ailə qurmaq üçün ən vacib şərtlərdir.
2. Oxatan və Şir – hər ikisi alov işarəsi altındadır, amma bir-birinəqarşı deyillər, əksinə birlikdə olsalar, alov daha da güclənəcək. Bu iki bürcyaxşı ünsiyyət qurur, aralarında anlaşılmazlıq olmur.
3. Dolça və Qız – ideyalarla dolu Dolça və sınaqlardan qorxmayan Qızbirlikdə möhtəşəmdirlər. Bu cütlük nəinki özlərini, hətta ətradakıları da yaxşılığadoğru aparmağa qadirdilər. Onlara sehrbaz demək olar! Onlar bir-biri üçünmöcüzə yaradar, heç vaxt kiçik nöqsanlara görə mübahisə etməzlər.
4. Buğa və Tərəzi – əsl komandada işləyə biləcək insanlardır. Bucütlüyün bir-birinə olan marağı heç vaxt sönməz. Nə etsələr, özləriningələcəyinin daha da gözəl olması üçün çalışarlar. Bu da onları yüksək, birgənailiyyətlərə aparar.
5. Xərçəng və Əqrəb – xarici görünüşlərinə görə çox bənzəyirlər. Birisuyun, digəri qurunun məxluqu olsa da, bir-birini tamamlaya bilirlər. Başqalarıüçün təhlükəli ola bilərlər, amma öz aralarında çox gözəl anlaşırlar.
6. Oğlaq və Balıq – hər iki bürcün yüksək məntiqi sevgini aşsa da, ikiağlın birləşməsində pis nə var ki! Bu iki bürc bir-birinin ağlını yüksəkqiymətləndirir və birlikdə özlərini çox xoşbəxt hiss edirlər.
Amma, unutmayın ki, təkcə bürclərə də bel bağlamaq olmaz. ÇingizAytmatov demiş: "Sevgi əmək istər”.
Digər Xəbərlər

"Azərsun" Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub - FOTOLAR

Dünyanı heyrətləndirən müəmmalı El Ojo adası: UNO-lar tikib?

DEYƏSƏN, PAŞİNYAN SİLOTKA YEYİB AĞILLANIB
