Çempionlar Liqasında son finalçı məlum oldu
UEFA Çempionlar Liqasında son finalçı məlum olub.
Adalet.az xəbər verir ki, Fransanın PSJ klubu doğma meydanda İngiltərə “Arsenal”ını qəbul edib. Görüş Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 27-ci dəqiqədə meydan sahibləri açıblar. Fabian Ruis uzaq məsafədən baxımlı qola imza atıb. Matçda digər qollar ikinci hissədə vurulub. 69-cu dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Vitinya penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bununla belə, Fransa klubu cəmi 3 dəqiqə sonra hesab arasındakı fərqi 2 topa çatdırıb. Bu dəfə Əşrəf Hakimi adını tabloya yazdırıb. "Arsenal" 76-cı dəqiqədə Bukayo Sakanın vurduğu qolla buraxılan toplardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb. Beləliklə, Londondakı ilk matçda da rəqibini məğlub edən (1:0) PSJ finalda İtaliya "İnter"inə rəqib olub.
Final görüşü mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
Digər Xəbərlər
10 Sentyabr 2026 19:31
"Sabah"ın U-19 komandası "Mançester"ə məğlub oldu
10 Sentyabr 2026 17:01
Hakimləri təhqir edən futbolçu cəzalandırıldı
10 Sentyabr 2026 14:02
Renat Dadaşov Ukrayna klubunda
10 Sentyabr 2026 10:38
Lamin Yamal “Barselona”nın tarixinə düşdü
09 Sentyabr 2026 21:00
“Sabah”ın Çempionlar Liqasında şansları açıqlandı
09 Sentyabr 2026 20:45
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
09 Sentyabr 2026 19:01


Bakı -°C

