Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
Bayram süfrəsinin bəzəyi olan qoz, badam, fındıq və digər çərəzlər orqanizm üçün vacib olan vitamin, mineral və antioksidantlarla zəngindir. Zəngin tərkib sayəsində çərəzlər immuniteti möhkəmləndirir, həzm sisteminin fəaliyyətini dəstəkləyir, zehni aktivliyi artırır və qaraciyərin normal funksiyasına müsbət təsir göstərir. Gün ərzində bir ovuc çərəz yemək bədəni ehtiyac duyduğu bir çox faydalı maddələrlə təmin edir.
Adalet.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində çərəz istehlakının artdığını nəzərə alaraq vətəndaşlara müraciət edib. Bildirilib ki, həddindən artıq istehlak artıq çəki, piylənmə, həzm pozğunluğu və allergik reaksiyalara səbəb ola bilər. Buna görə də ölçüyə diqqət etmək, gündəlik normanı aşmamaq vacibdir.
Çərəzlərin faydasını maksimum qorumaq üçün onları qovrulmamış və ya az miqdarda, yüngül qovrulmuş halda istehlak etmək daha məqsədəuyğundur. Çünki yüksək temperatur onların vitamin və minerallarını azaldır.
Çərəz alarkən görünüşünə, rənginə, formasına və qoxusuna diqqət edilməlidir. Qablaşdırılmış məhsulun isə mütləq istehsal və son istifadə tarixi yoxlanılmalıdır. Düzgün şəraitdə saxlanılmayan çərəzlərdə zərərli maddələr – aflatoksinlər yarana bilər. Kif bəzən pambıqvari və ya rəngli ləkələr şəklində görünsə də, məhsulun dərin qatlarına qədər yayılır. Bu səbəbdən kifli hissəni kəsib istifadə etmək təhlükəlidir.
İstehlak etməzdən əvvəl çərəzləri yumaq tövsiyə olunur. Açıq şəkildə satılan məhsulların toz və yad maddələrlə çirklənməsi mümkündür. Onları sərin, quru və qaranlıq mühitdə saxlamaq dadı və faydalı xüsusiyyətlərini qorumağa kömək edir.
Digər Xəbərlər
06 Aprel 2026 18:32
6 uşağı zəhərlənən ailəyə sosial-psixoloji yardım göstəriləcək
06 Aprel 2026 17:21
Suçiçəyi ilə bağlı narahatlıq – Səhiyyə Nazirliyindən açıqlama
05 Aprel 2026 10:36
Hər gün yaz göyərtisi yeyin
04 Aprel 2026 13:52
Yazda bir çox xəstəliklər yenidən oyanır...
04 Aprel 2026 09:04
Həkimlər deyir ki...
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51


Bakı -°C

