28 Sentyabr 2023 13:22
1028
ƏDƏBİYYAT

Çətinlikləri sözü ilə ram edən alim 

Peşəmlə bağlı çoxsaylı kitablar oxumuşam. Bəziləri var ki, onları otuz-qırx il bundan əvvəl oxusam da, bu gün yenidən gözdən kecirməyə ehtiyac duyuram və sevə-sevə oxuyuram. (Məsələn, Qlman İlkinin “Bakı və bakılılar. Manaf Süleymanovun “Son bahara çatdıq...” və s. ). Bəziləri də var ki, onlara az qala hər gün, hər ay dönə-dönə müraciət edirəm, onlardan bəhrələnirəm, öyrənirəm və bəzən onlarla həmsöhbətoluram, dərdləşirəm...

 Son illər yazı masamda özünəməxsus yer tutan belə kitablardan biri də Muxtar Kazımoğlunun “Söz haqqında söz” kitabıdır. Məqalələr və müsahibələr toplusu olan kitab 2020-ci ildə “Elm və təhsil” nəşriyyatında çap edilib.

 Mənə elə gəlir ki, əsər haqqında məlumat verməzdən əvvəl oxucuma onun müəllifi haqqında, qısa da olsa bilgivermək yerinə düşər. Çünki, hər sözün, hər imzanın arxasında ilk olaraq müəllif şəxsiyyəti, təfəkkürü, təxəyyülü, dünyagörüşü, həyata baxış tərzi durur. İmzasının və sözünün sahibi olan belə müəlliflər, mühacirşünas alim Abid Tahirlinin   təbrincə desək “Sözlə yarananlar və sözü yaşadanlardır”.

Ən böyük sərvəti söz olan, sözün qədrini bilən, onun qüdrətindən bəhrələnən, folklorşünaslıq sahəsində çoxsaylı elmi-bədii məqalələrin, sanballı əsərlərin, kitabların müəllifi, AMEA-nın Folklor İnstitutunun direktoru, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanovun məncə bərli-bəzəkli sözlərlə təqdimata ehtiyacı yoxdur. Çünki həm daxilən, həm xaricən sadə, səmimi, pafoslu çıxışlardan, bərli-bəzəkli sözlərdən uzaq olan, işıqlı əməllərin və amalların sahibidir, Muxtar müəllim. Ömrünü-gününü sözə çulğalayan, onun hər əzabına dözən, məsuliyyətini dərk edən,“sözünü özünəməxsus şəkildə deməyi bacaran”, qarşılaşdığı çətinlikləri də sözü, qələmi ilə ram edə bilən bir söz əhlidir,Muxtar müəllim. Təbii bu hər qələm əhlinə nəsib olmur. Yalnız fədəkarlığı, prinsipiallığı, insanlığı həyat kredosuna çevrilənlərə məxsusdur.

Müxtar məllimin həyat yoluna nəzər saldıqda bəlli olur ki, o, həm bir tədqiqatçı alim kimi, həm də bir pedaqoq kimi çətin və şərəfli bir yol keçib. AMEA-nın kiçik elmi işçisi kimi başlayaraq, AMEA-nın həqiqi üzvülüyünə ucalıb. Amma bu çətinliklər onu əqidəsindən, məsləkindən döndərə bilməyib. Əksinə “İnsanlığı tədqiq etməyin ən yaxşı yolu kitabdır” kalamını həyat devizinə çevirərək özünəməxsus söz dünyasını yaradıb. Bu dünyada sözüilə insanlıq, ləyaqət, paklıq, ədalət, əqidə, məslək qalasını ucaldıb.

 Adətən kollektivdə müəssənin rəhərini ondan qorxduqları üçün “sevirlər” və ya “hörmət” edirlər. Amma mən bunu Muxtar müəllimin rəhbərlik etdiyi nə Folklor İnstitutunda, nə də Azərbaycan ədəbiyyatı kafedrasında görmədim. (Bir neçə il həmin kafedranın müəllimi olmuşam). Əksinə, Muxtar müəllim tabeliyində olan işçilərlə (vəzifəsindən, kimliyindən asılı olmayaraq) dost münasibətindədir. Onu tanıdığım gündən həmişə “Səsini deyil, sözünü yüksəlt” kalamınınşahidi oldum. Çoxlarının gördüklərini, eşitdiklərini, duyduqlarını Muxtar müəllim bəziləri kimi görməzliyə, eşitməzliyə, duymazlığa vura bilmədi. Bax budur Muxtar müəllimi insanlarasevdirən. Atalar demiş “alim olmaq asandır, insan olmaq çətin”.  

  “Yazılı ədəbiyyat və folklor münasibətlərinə yeni baxış gətirən”,saysız-hesabsız folkulor nümunələrinə “dirilik” verən, folklorşünas alim orijinal, maraqlı fikirləri ilə bu gün yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında tanınır, sevilir. Uzun illərin gərgin axtarışlarındansonra sandallı əsərlər ortalığa qoyan müəllif, folklor tariximizin açılmamış, deyilməmiş səhifələrini üzə çıxarmaqla oxucularının görüşünə gəlir. Azərbaycan folklorunun toplanmasında, nəşr edilməsində, böyük xidmətləri olan Muxtar müəllim “Zəngəzur folkloru” (Azərbaycan folkloru antologiyası, VII kitab) və 9 cildlik “Qarabağ: folklor da bir tarixdir” toplularının layihə rəhbəri və həmmüəllifidir.

Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının ayrılmaz bir parçası olan folklor, onun toplanması, tədqiqi, təbliği çox yüksək səviyyədə qayğı və diqqət tələb edən bir sahədir. Ömrünün uzun illərinibu sahəyə həsr edən Muxtar müəllim çoxsaylı tədqiqatları sayəsində folklor tariximizin kəşməkəşli, sanballı, möhtəşəm bir dövrünün mənzərəsini yaratmağa nail olub.

Bu fikrimə müəllifin “Söz haqqında söz”kitabını öxuyarkən bir daha əmin oldum. Müəllif digər əsərlərində olduğu kimi, bu dəfə də xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri haqqında çox qiymətli fikirlər söyləyərək, bu müqəddəs mirası yaşatmağı, nəsillərdən-nəsillərə ötürməyi dönə-dönə tövsüyə edir. “Azərbaycan dövlətçiliyinin tarixi kökləri ilə bağlı bir sıra vacib suallara məhz ümumtürk kontekstində cavab axtarmaq lazımdır” -söyləyən alim, “Azərbaycan dövlətçiliyi ümumtürk dövlətçiliyinin tərkib hissəsidir” deməkdə çox haqlıdır. Məhz buna görə “Dövlətçilik düşüncəsi və folklor” adlı məqaləsində bu düşüncənin təbliğinə daha geniş yer ayırır. Müəllif həmin məqalədə “Dədə Qorqud” dastanına müraciət edərək dövlətimizin, dövlətçiliyimizin yaşanmasında, qorunmasında ailələrin böyük rol oynadığın qeyd edir. “Oğuz ellərində ailələr dövlətə nə qədər bağlıdırsa, boy (tayfa) birlikləri də dövlətə bir o qədər bağlıdır”.

Vətəninə, dövlətinə, torpağına bağlı vətəndaş yetişdirmək də ailəninrolu çox böyükdür. Buna görə müəllif bu fikirlərini məqaləsində dəfələrlə vurğulayır və gəncailələri sağlam düşüncəli, vətənpərvər, millətsevər vətəndaşlar yetişdirməyə çağırır.

 Müəllif daha sonra dövlətçiliyin əsas şərtlərindən olan ordu məsələsinə geniş yer verərək yazır ki, “Qədim türklərdə bütövlükdə xalq ordu, ordu da xalq demək idi” və “ordu folklorda ideallaşdırılmış şəkildə təqdim edilir”. Bu gün Qarabağda baş verən hadisələr göstərdi ki, rəşadətli ordumuz dövlətimizi, Vətənimizi qara qüvvələrdən qorumaq üçün xalq, ordu birliyi yarada bildi.

 “Milli mədəniyyət mücadiləsinin ibrət dərsləri” başlıqlı məqalədə müəllif “Milli oyanışımızın banisi” adlandırılan M.F.Axundzadə yaradıcılığından, şəxsiyyətindən, düşünçələrindən bəhs edir. “Axundzadənin öz xələflərinə qoyduğu ən böyük miras ədəbiyyatı milli varlığın ifadəsinə yönəltmək yolu və ənənəsidir”.  

Müəllif əsərində sovet dövrü folklorşünaslığımızdan da geniş söhbət açır. “Məmmədhüseyn Təhmasib və folklorumuzun ağrılı nöqtələri” adlı məqalədə müəllif M.Təhmasibi “ustad folklorşünas” adlandırır və alimin çox əhatəli elmi yaradıcılığını təhlilə cəlb edir. 

 Kitabda diqqətçəkən və təqdirəlayiq məqalələrdən biri də ictimai xadim, ədəbiyyatşünas alim İsa Həbibbəylinin çoxşaxəli elmi yaradıcılığına həsr edilən “İlk sistemli dövrləşdirmə konsepsiyası” adlı məqalə oldu. Müxtar müəllim haqlı olaraq qeyd edir ki, “İsa müəllim irs, varislik məsələsinə son dərəcə həssaslıqla yanaşan bir tədqiqatçıdır”. Həqiqətən də İsa müəllim elmi yaradıcılığında istər sovetlərin daima tənqidlə yanaşdığı romantiklərə, istərsə də realistlərəeyni qayğı və həssaslıqla yanaşır, romantiklər haqqında uzun illər söylənilən yanlış fikirlərə qarşı obyektiv münasibət bildirir. Müəllif məqaləsində İ.Həbibbəylinin bir necə əsərindən bəhs etsə də əsasən “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyasından danışır və onu təhlilə cəlb edir. Məqalədən bəlli olur ki, İsa müəllim bu monoqrafiyasında irəli sürdüyü problemləri ciddi, elmi-nəzəri təhlilini verib, faktları, hadisələri müasir tələblər baxımından çox yaxşı dəyərləndirib. Əslində İsa müəllim təkcə bu monoqrafiyasında deyil, bütün elmi yaradıcılığında ən kiçik fakta belə əsl alim qayğısı, həssaslığı ilə yanaşıb, saf-çürük edib və elmi, nəzəri fikirlər söyləyib.

Bildiyimiz kimi, dahi Mirzə Cəlilyaradıcılığının “Şah əsəri” adlandırılan “Ölülər” əsəri zamanından asılı olmayaraq “həmişəyaşar ədəbiyyat nümunəsi” olub. Müxtar müəllim kitabında bu əsərə də yer verərək, əsəri ustalıqla təhlil edərək yüksək qiymətləndirib.  

...Sonda təəssüflə qeyd etmək istərdim ki, ömrümü qırx ildən çoxdur ki, sözə culğalasamda, bu yazıda Muxtar müəlliməlayiq nə qədər gözəl sözlər işlətsəm də, onun elmdə, ədəbiyyatda, həyatda bir “şəxsiyyət kimi portretini tamamlaya bilmədim”. Onu oxucuma dəyərli alim, təcrübəli mütəxəssis,humanist bir öyrədici, təmənnasız insan, yüksək mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə malikiziyalı, vəfalı, ləyaqətli ailə başçısı kimi tam açıqlaya bilmədim.

 

Qərənfil Dünyamin qızı

 Əməkdar jurnalist