Çevrilişlə hakimiyyətə gəldilər, çevrilişlə də hakimiyyətdən getdilər - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
216 | 2024-12-09 09:43

 1970-ci ildə Suriyanın Hərbi Hava Qüvvələrinin komandanı Hafiz Əsəd hərbi çevriliş nəticəsində ölkədə hakimiyyəti ələ aldı. Bir il sonra isə, prezident seçkilərində "qalib" gələrək, ölkənin prezidenti seçildi. 

Uzun illər Suriyanın prezidenti vəzifəsini daşıyan Hafiz Əsəd, ilkin olaraq böyük oğlu Basili özünün varisi elan etdi.  Basil 1994-cü ildə aviaqəzada həlak olduqdan sonra, digər oğlu,  Bəşər varis elan edildi. İxtisasca həkim olan Bəşər Əsəd, atasının fonunda "əl quzusu" təsiri bağışlayırdı. Varis elan olunduqdan sonra, gələcəkdə atasını əvəz etmək üçün sənətini qurban verərək hərbi akademiyaya qəbul olundu. Hərbi kursu bitirdikdən sonra, Respublika qvardiyasına komandir təyin olundu və polkovnik rütbəsi aldı.

 Bəşər Əsəd hərbi sirləri öyrənməklə yanaşı, siyasi fəaliyyətini də genişləndirməyə başladı. Atası tədricən səkəlahiyyəylərinin bir hissəsini oğluna ötürürdü. O, ölkənin investisiya məsələrinə rəhbərlik etməklə yanaşı, biznesmenlərin maraqlarının lobiçiliyi ilə də məşğul olur, xarici nümayəndələri qəbul edirdi.

Atasının ölümündən sonra, Bəşər Əsəd hakim "Baas" partiyasının lideri seçildi və partitanın vahid namimədi  kimi prezident seçkilərinə getdi. Hətta onun namizədliyinin qəbul olunması üçün ölkə Konstitusiyasına  dəyişiklik də edildi. Yaş həddi 40 yaşdan 34 yaşa endirildi.

Bəşər Əsəd 2007-ci ,2014-cü və 2021-ci illərdə də Suriyanın prezidenti postunu saxlamağa  "nail oldu".  Prezidentliyi dövründə bəzi islahatlar aparılsa da,  Əsəd əsasən atasının yürütdüyü siyasəti, davam etdirirdi. 

 ABŞ-ın Yaxın Şərqdə başladığı "bahar inqilabları" Suriyadan da yan keçmədi. 2011-ci ildə başlayan antihakimiyyət  mitinqləri tezliklə kütləvi iğtişaşlara rəvac verdi, etirazçılarla  güc strukturları arasında silahlı qarşıdurmalar başladı. Bəşər Əsəd vəziyyəti düzəlymək məqsədiylə hakim "Baas" partiyasının statusunu ləğv etmək məcburiyyətində qaldı. 

Buna baxmayaraq, ölkəni bürüyən çevriliş abu-havasl getdikcə vətəndaş müharibəsinə çevrilməyə başladı. Təbii ki, heç bir çevriliş havası ABŞ-ın diqqətindən kənarda qala bilməzdi. "Sem dayı bahar inqilabları" ilə Yaxın Şərq ölkələrinə "demokratiya gətirərək" artıq onların bir çoxunu "ağ günə" çıxarmışdı. İndi də yağlı əlini Suriyanın başına çəkmək vaxtı gəlmişdi. İllərdi yetişdirdiyi terrorçu qruplaşmaları üsyanın əsas fiqurlarına çevirmək lazım idi. Müxalif qüvvələri Birləşmiş Ştatlardan başqa, Səudiyyə Ərəbistanı, Qətər və İsrail də silahlandırmağa başladılar. 

Suriyada başlayan siyasi vakkum "bahar inqilabları" yaradıcılarının  yaxından himayəsiylə, tədrucən terrorçu qruplaşmalarla dolmağa başladı. İŞİD kimi terrorçu qruplaşmalar Vaşunqtonun da dəstəyi ilə, tezliklə Suriya və İraq ərazilərini işğal etməyə başladılar. 

Bəşər Əsəd rejiminə yalnız Rusiya və İran İslam Respublikası kömək edirdilər. Məhz onların aktivliyi nəticəsində Rusiya, İran və Türkiyə üçlüyü, müvəqqəti də olsa ölkədə atəşkəsə nail ola bildilər.

Lakin göründüyü kimi, bu atəşkəs də, ölkədə yeni qiyam dalğasının başlanmasının qarşısını ala bilmədi.  Əsədin ümid etdiyi Rusiya və İran, daxili problrmləri  ucbatından bu dəfə ona istədikləri köməkliyi  edə bilmədilər. Türkiyə prezidenti Rəvəb Tayib Ərdoğanın vəziyyəyin normallaşdırılması üçün danışıqlara başlamaq  təkliflərini isə,  Bəşər Əsəd qəbul etmədi və hökumət qüvvələri üsyançıların təyziqlərinin qarşısını almaqda aciz qaldı...

 Nəticədə Bəşər Əsəd , atası Hafiz Əsəddən miras qalan 24 illik hakimiyyətindən əl çəkərək Moskvaya qaçdı. 

1970-ci ildə hərbi çevrilişlə hakimiyyətə gələn ailə, hakimiyyətləri dövründə vicdanlarını itirərək, əslində Suriya xalqını əzab-əziyyət çəkməyə məhrum etdilər. Bunun nəticəsi idi ki, xalq onların hakimiyyətini müdafiə etmədi və elə çevrilişlə də Əsəd rejiminin yıxılmasına biganə qaldılar...

Beləliklə "kral öldü", lakin "yaşasın kral" deyən olmadı.   Dünyada İran və Rusiyadan başqa heç bir ölkə Əsəd sülaləsinin acınacaqlı çöküşünə təəssüf etmədi... 54 il hakumiyyətdə olan ailəyə yalnız  RTR telekanallnln dnən  gecə saatlarında efirə gedən   "Voskresnıy veçer" proqramının aparıcısı Vladimir Solovyov və verilişin iki erməni eksperti, Marqarita Simonyan və Semyon Baqdasarovdan başqa,   "dərin hüznlə" baş sağlığı verən də olmadı... 

 

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV