Almaniya təşvişə düşüb -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
174 | 2025-04-07 12:34

Fokus qəzetinin apardığı sosioloji sorğuların nəticələrinə görə, Almaniya Federativ Respublikasının vətəndaşları hazırda Rusiya ilə kəskin münasibətlərlə bağlı təşvişə düşüblər.

 Almaniya vətəndaşları kütləvi şəkildə mümkün nüvə apokalipsisiylə bağlı, işlərini buraxıb lazım olan ərzaq və digər məhsulları alırlar. 

 "Mən bu il üçün məzuniyyətimi sığortalayıram, çünki gələn il nüvə bombasının hara düşəcəyini bilmirəm"- deyə sorğuda iştirak edən vətəndaşlardan biri bildirib.

 Digər bir vətəndaş isə bildirir ki, demək olar ki, müharibəyə hazıdır, lazım olan məhsulları alıb.

 Bild mətbu orqanı isə bildirir ki, Almaniya bundesveri Red Ştorm Bravo , Rusiyanın münkün nüvə ssenariləriniə qarşı NATO hərbiçiləri ilə birgə hərbi təlimləri təşkil edir. 

 ABŞ prezidenti Donald Trampın dünyaya "ticarət müharibəsi" elan etməsindən sonra, bütün sahələr üzrə dünyada iqtisadiyatın çökəcəyi artıq heç kimdə şübhə doğurmur. Birləşmiş Ştatlar yaxın qonşuları və müttəfiüləri sayılan Meksika və Kanada və Avropa İttifaqına qarşı 25 faiz rüsum tədbiq etməsindən sonra, vəziyyətin gərginləşəcəyi gözlənilən idi. 

 Əbədi düşmənləri hesab etdikləri Çin Xalq Respublikasından idxal olunan məhsullara 34 faizədək rüsumların tədbiq olunması isə, Birləşmiş Ştatların Çinlə onsuzda gərgin olan münasibətlərini daha da pisləşdirəcək. 

 Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov, antirusiya saksiyaları ilə bağlı, ABŞ-la ticarət əlaqələrinin elə də geniş olmadığını əsas gətirərək, Trampın bu qərarlarının Rusiya iqtisadiyyatına elə də ciddi təsir göstərməyəcəyini qeyd edib.

 Ümumiyyətlə, avropa dövlətləri Ukrayna müharibəsi ilə əlaqədar həm özlərinin, həm də Rusiya iqtisadiyyatına dəyən zərbənin ağır nəticələrindən ehtiyyat edirlər. Qərbin Kiyevə göstərdiyi hərbi yardımlar sayəsində, üç ildən artıqdır Ukrayna ilə aparıqları müharibədə istəklərinə nail ola bilməyən Putindən hər an "sürprizlər" gözlənilə bilər. Ona görə də, almaniya vıtəndaşlarının nədən təşvişə düşdüyünü  anlamaq olar. 

 

  • Aprel:
  • 4

TƏQVİM / ARXİV