adalet.az header logo
  • Bakı -°C
18 Iyun 2026 22:52
83
İDMAN
A- A+

Çexiya və CAR xalları bölüşdü

2026-cı il dünya çempionatında A qrupunun II turuna start verilib.

Adalet.az xəbər verir ki, turun ilk oyununda Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşıb.
Görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Matça Çexiya qolla başlayıb. 6-cı dəqiqədə Sadilek Çexiyanı önə keçirib.

İlk hissədə başqa qol olmayıb.

İkinci hissənin sonlarında CAR hesabı bərabərləşdirib. Mokoena 83-cü dəqiqədə penaltidən dəqiq oynayıb: 1:1.

Oyunda başqa qol olmayıb.

Xatırladaq ki, hər iki komanda ilk turda məğlubiyyətlə üzləşmişdi. Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, A qrupunun digər oyununda Meksika Cənubi Koreya ilə qarşılaşacaq.