adalet.az header logo
  • Bakı -°C
18 Iyun 2026 22:45
90
GÜNDƏM
A- A+

Bakı–Naxçıvan reysləri ləğv edildi - SƏBƏB

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv edilib.

Bu barədə Adalet.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

"Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - deyə məlumatda qeyd olunur.