Ceyhun Bayramov türkiyəli xüsusi nümayəndə ilə Ermənistanı müzakirə etdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıçı qəbul edib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, bölgədə postmünaqişə dövründə vəziyyət, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
27 Sentyabr 2026 09:49
"Euronews" 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc etdi
27 Sentyabr 2026 09:36
Xarici İşlər Nazirliyi bəyanat yaydı
26 Sentyabr 2026 20:10
Heç bir ölkə müharibələrdən sığortalanmayıb - Səxavət Məmməd yazır
26 Sentyabr 2026 19:45
"Real nəticələr verən çoxtərəfli sistemə sadiq qalırıq" - Bayramov
26 Sentyabr 2026 17:47
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
26 Sentyabr 2026 16:28
Prezident Məhəmməd Ben Sulayem ilə görüşdü
26 Sentyabr 2026 16:26
Bakı Forumu iqtisadi cəlbediciliyin göstəricisidir
26 Sentyabr 2026 13:56


Bakı -°C

