Cəzaların sərtləşdirilməsi... - Deputat süni intellektlə bağlı məsələdən DANIŞDI
Son illərdə süni intellekt texnologiyalarının sürətlə yayılması və geniş tətbiqi ilə bir çox şəxslərin şəxsi məlumatlarının qanunsuz şəkildə ələ keçirilməsi halları artıb. Bu məlumatlar bəzən şantaj və digər qanunsuz məqsədlər üçün istifadə olunur ki, bu da cəmiyyət üçün ciddi təhlükə yaradır.
Adalet.az-ın xəbərinə görə, bu barədə fikirlərini açıqlayan deputat Qüdrət Həsənquliyev qeyd edib ki, hazırkı normativ-hüquqi bazada belə halların qarşısını effektiv şəkildə almaq üçün ciddi boşluqlar mövcuddur.
Deputat əlavə edib ki, cinayətlərin sayının artması fonunda mövcud cəzaların sərtləşdirilməsi və hüquqi tənzimləmələrin yenilənməsi zəruridir.
“Əgər cinayətlərin sayı artarsa, mövcud cəza tədbirlərini sərtləşdirmək qaçılmazdır. Bu baxımdan qanunvericiliyə yenidən baxmaq və cəzaları müasir dövrün tələblərinə uyğunlaşdırmaq vacibdir”, – deyə o bildirib.
O, həmçinin vurğulayıb ki, məlumat təhlükəsizliyinin qorunması, vətəndaşların şəxsi hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də süni intellektin sui-istifadəsinin qarşısının alınması üçün qanunvericilikdə müvafiq dəyişikliklərin tətbiqi mütləqdir. Bu dəyişikliklər həm texnoloji yeniliklərin hüquqi çərçivəyə salınmasını təmin edəcək, həm də vətəndaşların məlumatlarının qorunmasına əlavə zəmanət yaradacaq.
Digər Xəbərlər
24 Fevral 2026 14:15
Azərbaycan, İran və Gürcüstan nəqliyyat nazirləri Bakıda görüşəcək
24 Fevral 2026 13:51
Fuat Oktay: Ceyhun Bayramovla Ermənistanla sülh prosesini müzakirə etdik
24 Fevral 2026 13:09
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
24 Fevral 2026 12:49
"Qarabağ torpaqları qarabağlılara verilir" - Sahibə Qafarova
24 Fevral 2026 12:44
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir - Politoloq
24 Fevral 2026 12:13
"Bir çox regionda ilkin tibbi-sanitariya yardımı vətəndaşın real ehtiyacını qarşılamır" - Deputat
24 Fevral 2026 12:01
Gürcüstan və Rusiya Ermənistana təzyiqləri artırır – Politoloq
24 Fevral 2026 11:54


Bakı -°C

