Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı

İyunun 10-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Digər Xəbərlər

Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanılıb

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Xırdalanda 19 yaşlı oğlan həmyaşıdını qətlə yetirdi
