Statistikaya baxıram.
2017-ci ildə 26 113 cinayət;
2018-ci ildə 26 381 cinayət;
2019-ci ildə 26 672 cinayət;
2020-ci ildə 26 004 cinayət;
2021-ci ildə 31 131 cinayət;
2022-ci ildə 36 494 cinayət hadisəsi baş verib.
Bəs heç düşünürsünüzmü ki, bu cinayət hadisələrinin artmasında fərd olaraq hər birimizin əməyi var?
Cinayəti hər növ təbliğ edirik.
Birinə "namus" adı qoyub bəraət veririk, birinə "şərəf", birinə...
Bu azmış kimi cinayəti təbliğ edirik.
Kütləsi ən geniş olan meyxana məclislərində "türmə", "oğru", "vorzakon" ideyalarını azmı təbliğ edirik, azmı alqışlayırıq?
N qədər də bu mövzuda "mahnılar" var.
Hara gedirik bu artımla?
Məncə çox ciddi düşünmək lazımdır.