Cinsini dəyişdirən aktyordan növbəti paylaşım: Liftdə selfi...
Bu ilin əvvəlində "Çukur" serialında "Timsah Celil" obrazıyla məşhurlaşan aktyor Ahmet Melih Yılmaz cinsiyyətini dəyişdirdi.
Sensasiyalı xəbəri aktyor TikTokda hesabında verdi. Maraqla izlənən paylaşımında aktyor yazır:"Cinsiyyətimi dəyişdirdim deyə, incə danışmaq və ya dodaqlarımı böyütmək məcburiyyətində deyiləm".
Elə həmin ərəfədə dəyişimdən sonra çəkilən fotolarını sosial şəbəkədə paylaşdı.
Adalet.az Haberler.com –a istinadən xəbər verir ki, cinsiyyətini dəyişərək maqazin gündəminə “bomba” kimi düşən Ahmet Melih Yılmaz son paylaşımı ilə növbəti dəfə diqqət çəkməyi bacarıb. Yeni həyatında Meli Bendeli adından istifadə edən Yılmazın liftdəki selfisini görənlər məşhur aktyoru (aktrisanı) tanımaqda çətinlik çəkib.
33 yaşlı Ahmet Melih Yılmaz (Meli Bendeli) 2010-cu ildən kino və seriallarda rol almağa başlayıb.
Əntiqə Rəşid