Cövhər Dudayevin xanımından Zelenskiyə dəstək: “Ukrayna günəşi, Rusiya məhv olacaq...”- VİDEO
Çeçenistan respublikasının birinci prezidenti və ömrü boyu Rusiyaya qarşı mübarizə aparan Cövhər Dudayev adını, şəxsiyyətini Azərbaycanda tanımayan yoxdu. Elə dünyadada. Hətta bir neçə ay əvvəl onun şəxsiyyətinə, mübarizəsinə və cəsurluğuna görə qardaş Türkiyədə adını əbədiləşdirən park salındı, bestü qoyuldu.
Yəqin ki, bir çoxunuz Dudayevin 1995-ci ildə verdiyi müsahibəni xatırlayırsının O, düz 22 il əvvəl həmin müsahibəsində maraqlı eyni zamanda dəqiq bir proqnoz vermişdi: “Krımda qırğın olacaq. Ukrayna Rusiya ilə toqquşacaq. Rusiya o vaxt məhv olacaq ki, Ukrayna günəşi çıxacaq!
Nə qədər ki, russoizm mövcuddur, o, öz ambisiyalarından əl çəkməyəcək. Rusiya əslində reketdir. O, təhdidlərlə, tanklarla pul qazanır, nüvə texnologiyasını İrana verməklə hədələyir. Əgər mədəni dünya bunu istəmirsə, onda Rusiyaya pul verir”.
.jpg)
Bu gün Cövhər Dudayevi yenidən xatırlamağımızın səbəbi var. Cövhər Dudayevin həyat yoldaşı Alla Dudayevanın sosial şəbəkələrdə yayılmış video müraciətidir.
Adalet.az xəbər verir ki, videolentdən göründüyü kimi xanım Allanın müraciəti Rusiyaya qarşı döyüşən ukraynalılara və prezident Zelenskiyə ünvanlanıb.
Dudayeva “Ukrayna xalqının qalib gələcəyinə inanırıq və Rusiya yox olacaq” –deyərək qəhrəmanlığı ilə insanların yaddaşından silinməyən cəsur Cövhər Dudayevin praqnozunu təkrarlayıb:“Cövhər deyib ki, Ukrayna günəşi Ukraynanın üzərindən doğanda Rusiya yox olacaq. Və biz hamımız bu anı gözləyirik və ümid edirik. Biz Ukrayna xalqının qalib gələcəyinə inanırıq. Çünki bütün dünya sizə kömək edir və prezident Zelenskinin cəsarətinə heyrandır. Siz belə ağır ilk zərbəyə tab gətirirsiniz. İndi bütün istiqamətlərdə Rusiya imperiyası zərbə vurur. Ukrayna xalqının cəsarətinə heyranıq” .
Qeyd edək ki, cəsur komandir C. Dudayevdən daha bir kəlam hazırda zərb-məsəl kimi işlənir: “Ruslarla bağlananmüqavilə, suya yazılan yazı kimidir”
Əntiqə Rəşid
Digər Xəbərlər
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26
BMT ona qoyulan sanksiyaları ləğv etdi - Bir ölkə bitərəf qaldı
06 Noyabr 2025 22:07
Polşa prezidenti Ukraynanı naşükürlükdə ittiham etdi
06 Noyabr 2025 21:46


Bakı -°C

