Daha iki nəfərin qarayara xəstəliyinə yoluxduğu təsdiqlənib - BİRGƏ MƏLUMAT
Məlumat verildiyi kimi, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirib.
Xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də "Qarayara" xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.
Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, “Qarayara” xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.
Digər Xəbərlər
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37
Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38


Bakı -°C

