DƏDƏ ŞƏMŞİRİN YADİGARI QƏNBƏR ŞƏMŞİROĞLU

Yazıçılar İttifaqında dövlət xadimi, şair, publisist Qənbər Şəmşiroğlunun 90 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Yubileyi giriş sözü ilə Yazıçılar İttifaqının katibi Rəşad Məcid açdı. Sonra sözü Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin dekanı, şair Ələmdar Cabbarlıya verdi. Yubileydə xalq şairləri, millət vəkilləri, respublikanın tanınmış alimləri və görkəmli ziyalılar iştirak edirdi.
Çıxış edənlər Qənbər Şəmşiroğlunun çoxsaylı yaradıcılıq dünyasından, şəxsiyyətindən, ictimai-siyasi fəaliyyətindən geniş söhbət açdılar, Qənbər Şəmşiroğlu ilə bağlı xatirələrini bölüşdülər. Təxminən iki saat çəkən tədbirin sonunda Aşıq Şəmşir ocağının başqa bir yadigarı Cavid Qənbəroğlu atası və babası ilə bağlı heç kəsin bilmədiyi xatirələri danışdı və tədbir iştirakçılarına Aşıq Şəmşir ocağı ilə bağlı xoş sözlərinə görə təşəkkür etdi.
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
