adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Noyabr 2022 13:44
636
MARAQLI

DEDİM Kİ, SİZ DƏ GÜLƏSİZ

Şəhid anası Maya Quliyeva sosial şəbəkədə olmuş bir hadisəni paylaşıb, maraqlı anekdotdu. Ən maraqlısı da odur ki, olmuş hadisədi.

«Deməli, rayonda hörməti olan, amma fikirləri və ideologiyası müxalif olan şəxs bir yaxınının işinə görə polis rəisi müavininin yanına xahişə gedir.

Rəis müavini Nuh deyir, peyğəmbər demir.

Hörmətli şəxs deyir:

- Rəis, etmə, eləmə, sənin də mənə işin düşər.

Rəis müavini deyir:

- Nə danışırsan, sən hara, sənə işim düşmək hara?- və bildiyini edir.

Vaxt, vədə gəlir, müavinin atası dünyasını dəyişir.

«Qisas gününü» gözləyən müxalifətçi adam götürür ölkənin bərk gedən qəzetlərinin birində, üzvü olduğu müxalif partiyanın rəhbərinin adından bir başsağlığı elanı yazdırır… Pah… Meyit qalır ortada, müavin hər tərəfdə müxalifətçi dayını axtarır».