"Dəlinin yadına daş salırlar" -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
193 | 2024-07-23 13:10

Magaupload fayldəyişən şirkətinin keçmiş sahibi Kim Dotkom bildirir ki, ABŞ prezidenti Co Bayden postunu təhvil verənədək Rusiyaya qarşı nüvə arsenalından istifadə edə bilər.

O, xatırladlr ki, prezidentlik müddəti bitənədək, yəni 2025-ci ilin yanvar ayınadək Bayden ölkənin nüvə silahının bütün kodlarını əlində saxlayacaq.

 Hazırki prezident Co Bayden 21 iyul tarixində seçki marafonundan geri çəkildiyini bəyan edib. Ağ Evin sahibi varis kimi demokratlar partiyaspndan hazırki vitse-prezidenti Kamala Xarrisin namizədliyini irəli sürüb.

 Avstriyanın müxalif  sağkonservativ partiyasının lideri Qerber Kikl, 81 yaşlı xəstə, özünü idarə edə bilməyən Co Baydenin, öz vətəndaşlarlnın təhlükəsizliyi naminə tezliklə vəzifəsindən uzaqlaşdırılmasına çağırlb. Siyasətçinin fikirincə, danışığını itirən, sözləri qarışdıran adamın hakimiyyətdə qalması amerikanlıları təhlükə altına salır.

 Respublikaçılar partiyasının nümayəndəsi Erik Şmitt də, ABŞ-ın hazırki prezidentinin istefaya göndərilməsini tələb edib. O qeyd edib ki,  Baydenin səhhətində yaranmış problemləri  ona dövlət əhəmiyyətli mühüm qərarların verilməsinə mane olur.

 Rusiya tərəfi də, Co Baydenin prezidentlik müddətinin sonunadək postunda qala biləcəyinə inanmadlğını bildirir.

 Baydenin özü isə, hələ ki, kreslosundan saman çöpündən yapışan kimi yapışıb qalıb. Yaxın silahdaşları onu prezidentlik marafonundan geri çəkilməsinə razı sala bilsələr də, o, müddəti başa çatanadək vəzifəsini icra edəcəyini bəyan edib.

 

TƏQVİM / ARXİV