adalet.az header logo
  • Bakı -°C
28 Mart 2026 23:53
83
DÜNYA
A- A+

Dənizin ortasında susuzluqdan öldülər

Avropaya gedərkən qayıqda altı gün yemək və su olmadan qalan iyirmi iki miqrant Yunanıstan sahillərində həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə Yunanıstan sahil mühafizəsi məlumat yayıb. 

Avropa Sərhəd Agentliyinin gəmisi, bir qadın və bir uşaq da daxil olmaqla iyirmi altı nəfəri xilas edib. Onlardan ikisi Krit adasındakı Herakliondakı xəstəxanaya aparılıb  

Miqrantları daşıyan qayıq 21 martda Liviyanın şərqindəki Tobruk limanından yola düşüb. Sahil mühafizəsi ölümlərə pis hava şəraiti və qida və suyun çatışmazlığı səbəb olduğunu bildirib.