Netanyahu Zelenskinin İsrailə səfərini rədd edib
İsrailin Baş naziri Benyamin Netanyahu Volodimir Zelenskinin İsrailə səfərini rədd etmiş ola bilər.
Adalet.az xəbər verir ki, bunu "Axios" yazıb.
"Zelenski son iki gündə İrana qarşı mübarizədə əməkdaşlığı gücləndirmək üçün bir neçə Fars körfəzi ölkəsinə səfər edib. Onu dəvət etməyən yeganə ölkə İsraildir. Netanyahu iki həftə əvvəl Zelenski ilə telefon danışığı istəyib, lakin zəng etməyib", - deyə KİV yazıb.
Bundan əvvəl, martın 15-də "Ynet" portalı Netanyahunun Zelenski ilə PUA-larla mübarizə ilə bağlı söhbət aparacağını yazmışdı.


Bakı -°C

