adalet.az header logo
  • Bakı -°C
28 Mart 2026 23:59
85
DÜNYA
A- A+

İran Bərzaninin evinə hücumu pislədi - VİDEO - YENİLƏNİB

İranın xarici işlər naziri Abbas Əraqçi İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Dəhükdəki evinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu pisləyib.

Adalet.az xəbər verir ki, Əraqçi bildirib:

"PUA hücumunu qınayır, Neçirvan Bərzaniyə cansağlığı arzulayıram".

Onun fikrincə, ABŞ və İsrail belə hücumlarla qonşu ölkələr arasında gərginlik yaratmaq və münaqişəni daha geniş əraziyə yaymaq istəyir.

Qeyd edək ki, rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş verib.

***

19:19

ABŞ-İsrail-İran müharibəsinin 29-cu günündə bölgədə hücumların yayılması ilə bağlı narahatlıqlar artır.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, son olaraq İraq Kürdüstan Regional Hökumətinin (İKRH) prezidenti Neçirvan Bərzaninin Duhokdakı evi dronlar tərəfindən hədəfə alınıb.

Neçirvan Bərzaninin evinə edilən hücumdan sonra ərazidə partlayış səsləri eşidilib və Kürdüstan Regional Hökuməti (KRH) yüksək hazırlıq vəziyyətinə gətirilib.

İraq Baş naziri Məhəmməd Şiə əl-Sudani hücumu pisləyib. Neçirvan Bərzani ilə telefon danışığından sonra Sudani hadisəni araşdırmaq üçün birgə təhlükəsizlik və texniki qrupun yaradılması barədə göstəriş verib./Unikal