15 Iyul 2024 12:24
149
KRİMİNAL

Dəyəri 10 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlandı

Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.

Araşdırma aparılır.