"Digər maliyyə pozuntularının məbləği 461,6 milyon manata bərabər olub" - Palata

83,4 milyon manat hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natural şəkildə bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində Hesablama Palatasının kollegiyasl tərəfindən qərar qəbul olunub.
Adalet.az xəbər verir ki, bu, Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, 21,2 milyon manat hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda Hesablama Palatası tərəfindən bu məbləğin bərpası istiqamətində birbaşa tədbirlər müəyyənləşdirilib, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.
8,7 milyon manat hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Kənar Dövlət Maliyyə Nəzarəti tədbirləri ilə hesablanmış büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb ki, bu pozuntuların məbləği 461,6 milyon manata bərabər olub.
Digər Xəbərlər

Marketlər bizi niyə aldadır?!

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göz yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR
