DİN kiberdələduzluqla bağlı xəbərdarlıq edib - VİDEO

Polis kiberdələduzluq halları, şübhəli zənglərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Məqsəd isə dəyişməz olaraq qalır.
Unutmayın, kartınıza kənar müdaxilənin yalnız bir yolu var. Kart məlumatlarınızı, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartınızın məxfi şifrələrini ələ keçirmək və bununla da pulunuzu talamaq.
Ona görə də kimin, hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin.
Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və bu barədə dərhal polisə müraciət edin. Gəlin, kibermaarifləndirmə sahəsində səylərimizi birlikdə artıraraq yaxın çevrəmizdə olan insanları da məlumatlandıraq. Bununla da kiberdələduzların cinayətkar niyyətlərini qarşısını alaq və bank kartlarımızın təhlükəsizliyini qoruyaq!"
Digər Xəbərlər
29 Oktyabr 2025 13:17 Dəmir yolu xətlərinə 37 dəfə kənar əşya qoyulub
29 Oktyabr 2025 13:08 Yararsız döyüş sursatları məhv ediləcək
29 Oktyabr 2025 12:49 Səbinə Əliyeva monteneqrolu həmkarına MÜRACİƏT ETDİ
29 Oktyabr 2025 11:43 Tanınmış rəssamın 33 il sonra itkin qardaşı tapıldı - FOTO
29 Oktyabr 2025 10:57 Mehriban Əliyevadan Türkiyə Cümhuriyyəti ilə bağlı PAYLAŞIM
29 Oktyabr 2025 10:54 “Bu məlumatlar üç il əvvələ aiddir, həqiqəti əks etdirmir...” – Hərbi ekspert
29 Oktyabr 2025 10:15 “Cənab Prezident, oğlum əsgərdir, tapşırdı ki, şəkil çəkdirək” - VİDEO
28 Oktyabr 2025 19:09 

Bakı -°C 






