Diplomatların attestasiyasının keçirilməsi qaydası müəyyənləşdi
“Diplomatik xidmət əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası” təsdiqlənib.
Adalet.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Attestasiya diplomatik xidmət əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə keçirilir. Əməkdaş müvafiq diplomatik vəzifədə ən azı 1 (bir) il daimi xidmət keçəndən sonra attestasiyadan keçirilə bilər. Əməkdaşlar attestasiyadan beş ildə bir dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.
Qeyd edilənlər nəzərə alınmaqla, diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən əməkdaş rotasiya əsasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilir.
Aşağıdakı əməkdaşlar attestasiyadan keçirilmirlər:
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən diplomatik rütbə verilənlər;
- xüsusi tapşırıqlar üzrə səfirlər və idarə rəisləri;
- staj və sınaq dövründən sonra daimi diplomatik xidmətdə bir ildən az müddətdə xidmət keçənlər;
- Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) alanlar və əlilliyi müəyyən edilənlər;
- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülənlər;
- bir vəzifədə beş ildən az müddətdə çalışan məcburi köçkün statusu olanlar;
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifəni tutan qadınlar (uşağını təkbaşına
böyüdən kişilər);
- eyni vəzifədə ən azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilənlər.
Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən
təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçirilməli olan əməkdaşın nəzərinə çatdırılır.
Digər Xəbərlər
03 Mart 2026 15:01
Vilayət Eyvazov bu tarixdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək
03 Mart 2026 14:21
Kamran Əliyev Rusiyanın Baş prokurorunun müavinini qəbul etdi
03 Mart 2026 13:35
İrandan Azərbaycan sərhədi ilə 89 nəfər təxliyə olunub
03 Mart 2026 12:32
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
03 Mart 2026 12:29
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
03 Mart 2026 12:25
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşir
03 Mart 2026 12:24
Cinayət mühakimə icraatının elektron aparılma qaydası dəyişir
03 Mart 2026 12:24


Bakı -°C

