"Dövlət 1 manatının belə kənara xərclənməsinə imkan verməyəcək" - Deputat

“Dövlət aldığı vəsaitin necə xərcləndiyinə nəzarət edir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.
“Hesablama Palatası iki istiqamətdə böyük iş görür. Birincisi, büdcə layihəsinə öz rəyini verir və eyni zamanda büdcə vəsaitlərinin necə sərf edilməsinə də nəzarət var. Yəni, bütün cəmiyyət bilməlidir ki, dövlət aldığı vəsaitin necə xərcləndiyinə nəzarət edir. Həmin vəsaitə məsul olan şəxslər bilməlidir ki, dövlət 1 manatının belə kənara xərclənməsinə imkan verməyəcək. Ona görə də bu məsələdə aidiyyəti qurumlar diqqətli olmalıdır”, - deyə deputat bildirib.
Nicat
Digər Xəbərlər

Hökumətimizə nə olub ki, abidələri iş adamlarına verək - Spikerdən deputata

Parlament daha bir ölkə ilə sazişi təsdiqlədi

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ başlayır

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi - YENİLƏNİB

"Büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın" - Deputat

"Onların məqsədi tapşırıqla vəzifələri ələ keçirən şəxsləri saxlamaqdır" - Fazil Mustafa

"Bu, dövlətdən islahatların həyata keçirilməsini tələb edir" - MM üzvü
