"Onların məqsədi tapşırıqla vəzifələri ələ keçirən şəxsləri saxlamaqdır" - Fazil Mustafa

“Hesablama Palatasında dövlət qulluğuna qəbulla bağlı prosedur şəffaf keçirilir. Bunu bir sıra digər qurumlarda da tətbiq edilməsi vacibdir. Hər bir qurumun işi peşəkarlıq səviyyəsi ilə bağlıdır. Son vaxtlar başqa sahələrdə bizə gələn şikayətlər göstərir ki, həm müsabiqənin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinat mərhələsində çatışmazlıqlar var”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
“Çox vaxt bu müsahibələr formal xarakter daşıyır. Bunun kökündə dayanan əsas məsələ müqaviləli işçi himayədarlığı problemidir. Bu orqan rəhbərlərinin belə qanunsuz cəhdinin arxasında əsas məqsəd həmin saxta, qeyri-leqal yollarla, xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən müqaviləli şəxsləri saxlamaqdır. Təsəvvür edin, adam ən yüksək balla müsabiqədə qalib gəlir və müsahibədə müqaviləli şəxslərə uduzurlar. Ya balını aşağı yazır, ya da elə çətin suallar verib kəsirlər. Ömrünü-gününü dövlət qulluğunda yer almaq istəyib yer almaq istəyən şəxs bu mərhələni aşa bilmir”, - deyə deputat bildirib.
Nicat
Digər Xəbərlər

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

Simonyan Qafarova ilə görüşündən danışdı

Hökumətimizə nə olub ki, abidələri iş adamlarına verək - Spikerdən deputata

Parlament daha bir ölkə ilə sazişi təsdiqlədi

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ başlayır

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi - YENİLƏNİB

"Büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın" - Deputat
