Dövlət istiqrazlarının bir hissəsi vaxtından əvvəl geri alınıb - RƏSMİ

Fevralın 25-də dövlət istiqrazlarının geri alınması ilə bağlı hərrac keçirilib.
Bu barədə Adalet.az-a Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, hərrac “Bakı Fond Birjası” QSC-də Nazirliyin AZ0201040208, AZ0201040240 və AZ0201040265 ISIN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması ilə bağlı olub.
İnvestorlar tərəfindən sözügedən ISIN kodlu dövlət istiqrazları üzrə ümumilikdə 27,0 milyon manat məbləğində sifarişlər təqdim edilib və həmin sifarişlər üzrə ümumilikdə 18,2 milyon manat məbləğində dövlət istiqrazları vaxtından əvvəl geri alınıb.
Digər Xəbərlər

“AzerGold” QSC-də görüş keçirilib - FOTO

“Bitkoin” noyabrdan bəri ən aşağı səviyyəyə düşüb

Azərbaycan Özbəkistanla beynəlxalq daşımalarda tam elektron icazəyə keçir

Aeroportlarda VİP-dən istifadə etmək hüququ olan şəxslərin siyahısı genişlənib

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Zəngəzur dəhlizi Türkiyənin Türk dünyası ilə əlaqəsini daha əlverişli edəcək - Uraloğlu

İşləyən şəxslərin pensiyaları belə artırılacaq
