Dövlət orqanlarında 17 vakant vəzifə daxili müsahibəyə çıxarıldı
Yanvarın 23-də elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 7 dövlət orqanında mövcud olan 17 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 27 namizədlə 27 müsahibənin keçirilməsi planlaşdırılır.
Dövlət İmtahan Mərkəzindən Adalet.az-a bildirilib ki, müsahibələrin fevralın 16-dan 25-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Digər Xəbərlər
17 Aprel 2026 22:19
Mehriban Əliyeva Antalya Forumundan görüntülər PAYLAŞDI - VİDEO
17 Aprel 2026 17:35
Buraxılış imtahanının nəticələri açıqlandı
17 Aprel 2026 13:17
AAYDA-nın qurumu ləğv edilir
17 Aprel 2026 12:56
Hava Hücumundan Müdafiə ixtisası üzrə MAXE qəbulu elan edildi
17 Aprel 2026 12:48
Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarla gedənlərin NƏZƏRİNƏ!
17 Aprel 2026 11:38
Biləcəriyə işıq verilməsində fasilə yaranacaq
17 Aprel 2026 11:09
Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir - Ali Məhkəmədən xəbərdarlıq
17 Aprel 2026 10:53


Bakı -°C

