adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Fevral 2016 21:31
100300
RUBRİKA

“Döyüş tarixi”nin icmalı – “Vətənpərvərlik ilk döyüşə qədər olur”

Adalet.az-ın "Döyüş tarixi” rubrikasının bu günə qədərkiqonaqlarının müsahibələrindən maraqlı hadisələri seçib sizə təqdim edirik.Rubrikamızda işrirak etmiş müsahiblərimiz arasında Veteran və Milli qəhrəmanlaryer alıb.

1992-ciildə ölkə başçısı tərəfindən ona Milli Qəhrəman adı verildiyini, lakin bu addanimtina etdiyini təkrarla söyləyən tanınmış Qarabağ qazisi Arif Məhərrəmov 90-cıillərin ilk vaxtlarında Ağdamı yada salır: "Ağdamda döyüşlər gedən mərhələdə biz ordaydıq. Bir gün axşam vaxtıAğdamda bizimkilər başladılar göyə atəş açmağa. Təəccüblə yoldaşlarımdansoruşanda dedilər yəqin ki, yaxınlıqdakı kəndlərin birində toy edirlər. Əslindəbu da təəccüb doğrururdu. Axı onlar niyə göyə atəş açırlar. İnsanlar başadüşmürlər ki, bu gülləni yuxarı atsan o yenə gəlib sənə dəyəcək. Olmazmı ki,onu düşmənə istiqamətləndirib atasan. Boş yerə atılan güllə çox heyfdi. Çünkidüşmən bu güllələri həsrətlə gözləyir. Atacağımız güllə ancaq düşmənə yönəlməliydi”.

Bir də heç bir ordenalmayan qazimiz vardı – Dadaş Quliyev. Veteran bundan gileylənmir. Onun təkcə dərdidöyüşçülərə lazımı diqqət və qayğının az olmasıdır. Yaxşı, bunları qoyaq bir kənara,keçək əsas mövzuya. Dadaş Quliyev də sosial mühitdə kifayət qədər dost-tanışıolan qazilərimizdəndir. Ondan aldığım"9-cu gün” adlı müshibə kifayət qədər oxucu kütləsi toplamışdı. Təbiiki, müsahibə başından axırına kimi günləri saymırdı. Mən əminəm ki, oxucu ilkolaraq həmin 9-cu günü axtarıb. Elə isəçətinlik çəkməməyiniz üçün bu icmalda hörmətli veteranımızın məhz məhşur "9-cugün”ünü sizə təqdim edirəm:

"Mənim döyüş dairəm Ağdam və Tərtər rayonlarını əhatəedirdi. Burada da çavuş olmuşam. Ağdamın Qarapirim kəndində döyüşərkən havadumanlı olduğu üçün 37 nəfər əsgərimlə səhvən düşmənin arxasına keçib Paprəvənddağına kimi getmişdik. O zaman həmin kənd ermənilərin əlində idi. Bunabaxmayaraq mübarizə aparıb düşmənə zərbələr endirməyi bacarmışdıq.Pülemyotlarla düşməni darmadağın etdik. 37 əsgərin hər birinə qumbaratandaşıtdırırdım. Sevindirici hal idi ki, atışmada itki vermədik, yalnız iki nəfərəsgərimiz yaralandı. Onlardan biri tağım komaniri kimi mənim müavinim KərimovVidadi idi. Hətta ermənilərin arxasına keçəndən sonra onları oradan çıxarabilmişdik. Düşməni ərazilərimizdən qovanda 5 ədəd "Qranat” və çoxlusilahlar əldə etdik. Ağır silahları özümüzdə saxlamışdıq, kiçik çaplı silahlarıisə batalyona gönədərirdik. Çünki ağır silahları hərəkət edərkən daşımaq çətinolurdu. Biz isə onları yanımızda saxlayırdıq ki, istifadəsi rahat olsun.Bizim döyüş mövqeyimiz AğdamınQarapirim kəndində Kanalın kənarındadydı. Yaxınlığımızda 15-20 nəfərdən ibarətheyəti olan "Paprəvənd” batalyonu vardı. Onlar bir neçə dəfə itki veriblər.Amma çox mübariz əsgərləri vardı. Ən ağır döyüşümüz 8 günlük atışma olub. Bu ərəfədəkanalın yaxınında su anbarı vardı. Həmin anbarın arxasında erməni tanklarıdayanmışdı və həmin mövqedən atırdılar. Buna görə bir neçə şəhid vermişik. Şəhidolanlardan biri tərtərli polis mayorunun oğlu idi. Ancaq onu deyim ki, itkilərimizdənçox düşmənə itki vermişik. Ən uğurlu əməliyyatımız 9-cü gün, təsadüf nəticəsindəbaş tutdu. Təsəvvür edin ki, 8 gündür yorğun və yarıyuxulu bir vəziyyətdədayanmadan müşahidə edirdik. Davamlı olaraq mövqelərimiz dəyişirdi. 8-ci gününsonunda əsgərlərimizi geri çəkməyə hazırlaşırdıq. Lakin gecə ikən dümənin səhvibizə böyük bir sevinc yaşatdı. Üzr istəyirəm, ayaqyoluna gedəndə, kolluqlarınarxasında gözümə qırmızı işıq dəydi. Fasilə vermədən həmin istiqaməti diqqətimdəsaxlayırdım. Bir neçə saniyədən sonra yenə qırmızı işıq parlamağa başladı.Aydın olmağa başladı ki, bu siqaretin işığıdır. Düşmən kəşfiyyatçısı bilmirdiki, bu bağışlanmaz səhv onların həyatı bahasına başa gələcək. Artıq əmin idimki, qarşı tərəfdə düşmən əsgəri siqareti gizlincə çəkib buşlatının arasındagizlədir. Dərhal əsgərlərimin dayandığı mövqelərə xəbər verdim. Əlimzdəkiiriçaplı silahlar və pulemyotlarla həmin istiqaməti atəşə tutmağa başladıq. Zilqaranlıq şəraitində heç bir şey görünmürdü. Bu atışmadan sonra səhərə kimisakitlik hökm sürdü. Səhərə yaxın mövqelərə baş çəkərkən havadakı ifunət iyibizi narahat edirdi. Gecə hədəf aldığımız mövqeyə baş çəkənd isə gördük ki,23-24 nəfər düşmən əsgərini məhv olub. Onarın silahlarını götürdük. Üzərindənnarkotik vəasitələr də aşkarlamışdıq. Bu əvasitələrdən əsasən yaralanan əsgərlərisakitləşdirmək üçün istifadə olunur. Əslində onların həmin möqeyə necə gəldiklərininüstünü aça bilməmişdik. Çünki əsas gizlənmə vasitəsi olan taxıl zəmiləri hamısıbiçilmişdi. Daha sonra məlum oldu ki, düşmən kəşfiyyatçıları həmin mövqeyəsuvarma kanalın içindən keçərək gəliblər. Kanalın üstünü tikanlı otlar örtdüyüüçün düşmənin həmin hissədən gəlməsini görmək mümkün deyildi. Həm də havaqaranlıq idi. Posta basqınlar heç vaxt gündüz həyata keçirilmir, ən əlverişlivaxt aysız gecədə gəlməkdir. Biz hücum edəndə onlar heç bir cavab verə bilmədi,çünki gözlənilməz hücum idi. Ümumiyyətlə ölü görmək və öldürmək bizim üçün adiləşib.Quduzlaşmış əsgərə dönmüşdük”.

Rubrikamız uğurludöyüşçülərin simasında oz uğurlu cığırı ilə davam edir. "Milli Qəhrəman” VahidQuliyev. Məncə belə bir insanı tanıtmaq daha quruvericidir. Bəziləri bu adıntanış gəldiyini söylədilər. Ehtiyyatda olan polkovnik-leytenant vaxtı ilə milliməclis seçkilərində də namizəd kimi iştirak edib. Siyasi mühitin fəallarındanolan Milli Qəhrəmanın müsahibəsində ən önəmli və oxucu kütləsinin də marağını çəlbedən kiçik bir anının şahidi olduq. O, bu mötəbər adı aldığını necə və hansı şəratidəöyrənib sizə həmin hissəni təqdim edirəm:

"Özüm haqqımda danışmağı çox da xoşlamıram.Sadəcə bu adın mənə verilməsini onunla əsaslandıra bilərəm ki, Bakıdan müharibəningedişatını izləyənlər məlumatlar əsasında buradakı gedişatı qiymətləndiridilər.Təbii ki, ilk sınaq atəşini mənim həyata keçirməyim və bunun uğurula başaçatması, bir neçə düşmən tankı vurmağım haqqında məlumatlar rabitə qovşağıvasitəsilə Bakıya gedib çatırdı. Görünür diqqətdə olmuşam. 1994-cü ilin Oktyabrayının 9-da axşam saatlarında fasilə vaxtı idi. Bizim radiomuz vardı. Onunla kənardabaş verən hadisələrdən xəbər tuturduq. Lakin həmin gün Dövlət Radio Kanalındaprezidentin bir neçə döyüşçüyə Milli Qəhrəman adı verildiyi açıqlandı. Təbiiki, daha sonra siyahıdakı şəxslərin adlarını səsləndirməyə başladılar. Mənimadım çıxanda əvvəlcə inanmamışdım, hətta soyadımın da səslənməsi məndə əminlikyatatmırdı. Hər an düşünürdüm ki, başqa bir insan ola bilər. Sabahsı gün mənə xəbrəgöndərdilər ki, Bakıya qayıdırsan...”

Müsahibə zamanı əsasəntənqidi fikirlərə yer verən Milli Qəhrəmanımız bu çərçivədə ayrıseçkiliyə yolvermirdi. İlk olaraq döyüşçü həmkarı Arif Məhərrəmova "sataşan” polkovnik-leytenant onun Milli Qəhrəmanadından imtina etməsinin heç bir məntiqə sığışdıra bilmirdi. Deyir ölkəbaşçısının imzaladığı sərəncamı rədd etmək hansı normalarda qeyd olunub?.. ArifMəhrrəmovla bağlı açığı şübhələrim yaranmadı desəm yalançı olaram. Ancaq hərbir döyüşçüyə müsbət münasibətim qalmaqdadır.

Ali təhsilli zabitimüsahibədə diqqətlərdə saxlayan bir də onun müharibədəki uğurları olmuşdu. 14düşmən tankını məhv edən və ələ keçirən ehtiyat zabiti müharibə dönəmində hərtərəfliəziyyətlər gördüyünü söyləyib:

"Döyüşməkdən söhbət gedirsə, çətin və böyük səbr, ocümlədən psixoloji güc tələb edən bir vəzifədir. Vətən yolunda zabit kimidöyüşmək qürur hissi vəd etdiyi qədər, Ağdamda keçirdiyim bir il ərzində həmsevinc, həm də kadərli anlara şahid olmuşam. Düşmən ekipajını məhv etmək nə qədərsevindirici hal olsa da bundan qat-qat kədərli anlar yaşamışıq. Torpaqlarımızınişğalına canlı şahid olmaq qədər ağır situasiyanın şahidinə çevrilmək bunasübutdur. Bir dəfəsində hətta atdığım mərmi düşmən tankınının əsgərlərini məhvetsə də texnikaya elə böyük zərər vurmadı. Təbi ki, meyitləri kənara atıb tankıələ keçirdik. Bu da böyük bir uğur idi. Həmçinin bri neçə ağır texnikaları ələkeçirmişik. 1993-cü ilin avqust ayında Bakıdan hərbçilər göndərdilər ki, bizi əvəzetsinlər. Əslində bunu çoxdan etməli idilər, görünür yaddan çıxmışdıq. Bir il ərzindəməninlə eyni səngərdə vuruşan bir çox zabit belə demək mümkündürsə bu cəhənnəmdənyaxasına qurtarıb. Bəziləri müxtəlif bəhanələrlə Bakıya qayıda biliblər.Ümumiyyətlə bir şeyi qeyd edim ki, mənə rütbəni də gec veriblər. O vaxtıQubadlıda döyüşərkən artıq Kapitan idim. Rütbə zabitin səriştə və təcrübəsini əksetdirir, gec verilən rütbə isə onun daha artıq dünya görüşü və daha çox təcrübəyəsahib oldğunun göstəricisidir. Bakıda məni əvəz edən yeni kadrların qorxusu mənimdiqqtimdən yayınmırdı. Təbii ki, Bakıdan ön cəbhəyə təyinat alanlar bu ana kimicanlı atışma, silah səsləri, başının üstündən qığılcım saçan trasilləri müşahidəetməyiblər. Belə olan halda onları tək qoya bilməzdim. Bakıya döndükdən sorayenidən cəbhəyə qayıtdım. Bir müddət əvəzləyicilərimin üstündə dayandım. Onlarmüharibə şəraitənə vərdiş edənədək.. Çünki bir vaxtlar. mənim özüm üçün də çətinolub”.

Növbəti qonağım sosialaktivlərdən olması ilə bərabər həm də jurnalistlərin dostu hesab olunur. Təsirlivə yaddaqalan əhvalatları ilə digər müsahiblərdən fərqlənirdi. Onunla söhbətimizəbaşlayanda ilk cümləsi isə bu olmuşdu: "Müharibədə vətənpərvərlikilk döyüşə qədər olur”.

Yaxşı bəssonrası necə olur onu da elə Əhməd Rəhmanovun özündən öyrənsəniz yaxşı olar:

"Hələuşaqlıqdan müharibə filmlərinə baxanda və sonradan televiziyada Xocalı vəŞuşanın işğalını, mülki insanların qırıldığını görəndə müharibəyə can atırdım,düzü heç o vaxtı nə Şuşanın, nə də Xocalının harada olması məni bir o qədər dəmaraqlandırmırdı. Məni əsas maraqlandıran, müharibə romantikası, özümü qəhramankimi görmək idi. İndiki gənclər ogru həyatıyla maraqlanıb "Vorzakon”larıözlərinə "kumir” seçdikləri kimi, mənim də kumirim milli qəhrəmanlar olub.Müharibənin əsl dəhşətlərindən isə hələ xəbərim yox idi. Axı mən hardanbilərdim ki, "Ət-yağ kombinatı”nın fermalardakı yeyintilərini ört-basdıreləmək üçün duşməni içəriyə, bir neçə saatlıq öz torpağına buraxan məmurlarımızola bilər, axı mən hardan bilərdim ki, öz əsgərimizi quru çörəklə yedirdib,atdığı hər bir gülləyə görə güllənin pulunu istəyən komandirlərimiz ola bilər.Düzdür, müharibənin ilk ilindən 93-cü ilin yarısına kimi Allah məni bubəlaların yarısından qurtardı. Amma yarısından...

Batalyonagəldim. Yaşımın az və səriştəm olmadığından məni ilk öncə batalyonda olan 2-cirotaya təyin etdilər, həmin rotanın tərkibi Sovet ordusunda qulluq eləyib vəqulluğunu tam başa vurmayıb Azərbaycana gələn əsgərlərdən ibarət idi. Batalyonhəyatı barədə danışmayacam. İndiki kimi "dedovşina” və rayonlaşma bir oqədər gözə dəyməsə də, amma var idi. Bir də ki, bizim rota hələ "molodoy”olduğundan əsasən ancaq hazırlıqla məşğul idi. Mənim aləmimdə bu hazırlıq birhəftə çəkdi”.

Rüfət Soltan

Ardıvar...