10 Avqust 2024 09:18
6644
LAYİHƏ

“DSD” İctimai Birliyi gəmidə təlim keçirdi

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində  qalib olduğu  “Xəzərin qorunması üçün təşəbbüslər” layihəsini uğurla həyata keçirməkdədir...

İctimai Birliyin Analitik-İnformasiya Bölümündən verilən məlumatlara görə,  İB-lik avqustun 8-də  Dənizin Gəmilərdən Çirklənməsinə Qarşı Beynəlxalq Konvensiya (1973)nın tələblərinə uyğun olaraq gəmilərdən dənizin   gəmilərdən çirklənmənin qaşısını almaq məqsədi ilə  AXDG QSC (ASCO) XDND idarəsinin balansında olan “Suqovuşan”  təchizat gəmisində “Xəzərin qorunması üçün təşəbbüslər” layihəsi çərçivəsində Neftlə çiklənməyə dair təlim  keçirdi.

Təlim öncəsi gəmi heyyəti ilə layihənin məqsədi və görüləcək işlərlə bağlı gəminin kayut-kompaniyasında toplantı keçirilib. Gəminin kapitanı Zaur Novruzov çıxış edərək, layihə iştirakçılarını salamladı.

XDND -nin hami kapitanı Nazim Şərifov mütəmadi olaraq belə tədbirlərin keçirildiyini, bu dəfə isə növbədənkənar olaraq DSD İB-nin gerçəkləşdirəcəyi layihə əsasında baş tutduğunu dedi.

Layihənin rəhbəri, “DSD”İB-nin sədri Faiq Balabəyli təlimlə bağlı toplantı iştirakçılarına layihənin məqsədi, görülən və görüləcək işlərdən bəhs etdi. Qeyd etdi ki, “Xəzərin qorunması üçün təşəbbüslər”  layihənin əsas məqsədi ölkədə və eləcə də dünyada baş verən ekoloji terrorun, dənizin çirklənməsinin, bu çirklənmənin insan sağlamlığına, təbitə dəyəcək ziyanlardan uzaq olmaq üçün maarifləndirici işlər görməkdir.

Dünya sularını, eləcə də doğma Xəzərimizi başına alan ekoloji terrorun fəsadlarından və bunların insan həyatına vurduğu zərərlərdən, yaranan xəstəliklərin xəstəliklərdən ətraflıə danışdı.

Sonra gəminin göyərtəsində şərti olaraq dənizin çirklənməsinin qarşısını almaq üçün təlim keçirildi.

Xatırladaq ki, “Xəzərin qorunmasi üçün təşəbbüslər” layihəsi Azərbaycan Respyublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini maliyə dəstəyi ilə baş tutur.

Lahiyənin rəhbəri “DSD” İB-nin sədri, peşəkar dənizçi, gəmi kapitan, şair Faiq Balabəylidir.

Tural Balabəyli

“DSD”İB -nin layihə üzrəAnalitik-İnformasiya Bölümünün rəhbəri