Dünənki zərbələrdən sonra aeroport işini dayandırdı - VİDEO

Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanı İsrail ordusunun zərbələrindən sonra fəaliyyətini dayandırıb.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı hava limanının direktoru Xaled aş-Şayef “X” hesabında paylaşıb.
Onun sözlərinə görə, aeroport növbəti göstərişə qədər bütün reyslərin qəbulunu və yola salınmasını dayandırıb.
Xatırladaq ki, İsrail ordusu mayın 6-da Yəmənə genişmiqyaslı zərbələr endirib. Zərbələrin əsas hədəfi Səna aeroportu olub. Nəticədə hava limanının əsas sərnişin terminalı və bütün texniki məkanlar dağıdılıb, ərazidə olan bir neçə mülki təyyarə isə yanıb.
Digər Xəbərlər

Pakistanın müdafiə naziri: Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər

Ukrayna PUA-ları Rusiyanın əsas müdafiə zavodlarına hücum edib

Suriya lideri Fransada
