Dünya Qarabağlı: Qəlbimdə qaldı

Getdim ki,bağçadan gül dərəm sənə,
Dərdiyim gülləri göndərəm sənə,
İstədim sevgimi bildirəm sənə,
Demədim,sözlərim qəlbimdə qaldı.
O vaxtdan qəlbimi dərd-kədər aldı.
******
Gizlində ağlayıb,üzdə gülürəm,
Qəlbimə düşmənəm,onu dəlirəm,
Ölürəm ay ellər,vallah ölürəm
Demədim,sözlərim qəlbimdə qaldı
O vaxtdan qəlbimi dərd-kədər aldı
******
Demirəm məcnun tək çöllərə düşün,
Demirəm səhrada alışın,bişin,
Sadəcə qaydasın bilin hər işin.
Demədim,sözlərim qəlbimdə qaldı.
O vaxtan qəlbimi dərd-kədər aldı.
******
Sevgisiz,mənasız,ya elə-belə,
Qurub həyatını vermə sən selə,
Yandırıb sevgini,döndərmə külə.
Demədim,sözlərim qəlbimdə qaldı.
O vaxtdan qəlbimi dərd-kədər aldı.
******
Gər istəsən olsun ürəyin rahat,
Lazımsız olanı ürəyindən at,
Bax onda,güləcək üzünə həyat.
Demədim,sözlərim qəlbimdə qaldı.
O vaxtdan qəlbimi dərd-kədər aldı.
******
Dünyada hər şeyin bir sonu olar,
Məhəbbət ürəkdə əbədi qalar,
Sevgisiz bir ürək saralar,solar.
Sevgimi demədim,ürəkdə qaldı.
O vaxtdan qəlbimi dərd-kədər aldı
******
İmkanda yox olur,varda yox olur,
Dağların başından qarda yox olur,
Öləndə…,məhəbbət,orda yox olur.
Demədim sevgimi,ürəkdə qaldı.
O vaxtdan qəlbimi dərd-kədər aldı.
******
Sevgidə curətli olmağa dəyər,
Məhəbbət həsrəti qaməti əyər,
Əbədi ayrılıq insanı yeyər.
Demədim,sözlərim ürəkdə qaldı.
O vaxtdan qəlbimi dərd-kədər aldı.
******
Kimdəsə ataya,anaya hörmət,
Kimdəsə səviyyə,kimdəsə sərvət,
Məhv edir bizləri,bax belə adət.
Demədim,sözlərim ürəkdə qaldı.
O vaxtdan qəlbimi dərd-kədər aldı.
******
Kimində söz-söhbət,kimində qürur,
Kimindəsə ad-san ayrılıq salır,
Düşündüm bu həyat əbədi qalır.
Demədim sevgimi,ürəkdə qaldı.
O vaxtdan qəlbimi dərd- kədər aldı.
******
Sevgi bir həyatdı,onu əyməyin,
Onu sındırmayın,ona dəyməyin,
Sevgini heç nəyə qurban verməyin.
Demədim sevgimi,ürəkdə qaldı.
O vaxtdan qəlbimi dərd-kədər aldı.
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
