Dünya Qarabağlı: Şəhidlər olmasaydı
Düşmənlərim gülərdilər
Bağrımızı dələrdilər
Burda yallı gedərdilər
Qazi,şəhid olmasaydı
Ahlar,nalələr artardı
Dərdlər Allaha çatardı
İnan ki,vətən batardı
Qazi,şəhid olmasaydı
Gedərdi qız,gəlin bada
Düşərdilər qaynar oda
Biz heç olardıq dünyada
Qazi,şəhid olmasaydı
Qoca,cavan bilməz idi
Daş üstə daş qalmaz idi
Onlar rəhmə gəlməz idi
Qazi,şəhid olmasaydı
Əzərdilər bu milləti
Götürərdik bu qeyrəti?
Çəkərdik biz bu zilləti
Qazi,Şəhid olmasaydı.
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.