13 Sentyabr 2023 13:52
720
ƏDƏBİYYAT

Dünya Qarabağlı: Vətən üçün ölməyə mən hazıram

Vətən mənim ürəyimdi,canımdı
Vətən mənim damardakı qanımdı
Vətən adım,vətən mənim sanımdı
Vətən üçün ölməyə mən hazıram
Vətən üçün ölənlərdən yazıram

******    
Biri təkdi,biri cütdü fərqi yox
Bu oğlandı,buda qızdı fərqi yox
İnsanların arasında sərgi yox
Vətən üçün ölməyə mən hazıram
Vətən üçün ölənlərdən yazıram

******     
Burda hamı vətən üçün yaşıyır
Vətən yükün öz çiynində daşıyır
Nəcib hislər uşaqlıqdan başlıyır
Vətən üçün ölməyə mən hazıram
Vətən üçün ölənlərdən yazıram

 *****    
Vətən mənim haqq yolumdu,dönmərəm
Vətən üçün hey yanaram,sönmərəm
Mən vətənsiz heç bir şeyə dəymərəm
Vətən üçün ölməyə mən hazıram
Vətən üçün ölənlərdən yazıram

*****    
Əziz olan heçnə yoxdu vətəndən
Kimsə canın üstün tutmaz vətəndən
Qiymətlidir vətən səndən,həm məndən
Vətən üçün ölməyə mən hazıram
Vətən üçün ölənlərdən yazıram

*****    
İnsan çün dəyərdi,ziynətdi vətən
Ən böyük xəzinə,sərvətdi vətən
Həm hava,həm sudu,qüdrətdi vətən
Vətən üçün ölməyə mən hazıram
Vətən üçün ölənlərdən yazıram

****      
Varlı,kasıb hər kəs sevir vətəni
Bax bu yolda həm öləni,itəni
Hər kəs sevir şəhidliyə yetəni
Vətən üçün ölməyə mən hazıram
Vətən üçün ölənlərdən yazıram
   
 

Şeirin müəllifi: Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.