adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Dekabr 2015 18:12
95715
RUBRİKA

Dünyanın qara üzü: "İntihar carçıları”

Ənziyalı, cəhalətdən uzaq insanın da dilinə bezgin ruh halının nəticəsi olaraqbu qarğış gəlir: "Dünyanın üzü qara gəlsin!” El "dua”sı müstəcib olub, ya nədir, dünya normal və ya paranormal şəkildə həmişə qara üzünü göstərib. Əslindənormal da demək olmaz – müharibələr, fəlakətlər, epidemiyalar və s. normallıqkateqoriyasına daxil deyil, sadəcə paranormalın antonimi olaraq işlədilən buifadə insani və təbii olduğu üçün normal sayılır. İstənilən halda anomallıqdan,yəni qeyri-təbii vəhşətdən yaxşıdır. Şərqin poetik ruhu, maraqlıdır ki, burdada özünü göstərir: dəhşət – normal, vəhşət isə paranormal hadisələrin əksetdirdiyi təsirdir. 

Cəhalət demişkən, bəşər ondan nə qədər uzaqlaşmağa çalışsada, o, qısqanc sevgili kimi Adəm övladını öz ağuşundan buraxmaq istəmir,bataqlıq kimi özünə çəkir. Niyə? Çünki nə qədər ki, elmin izah edə bilmədiyiparanormal hadisələr mövcuddur, bir o qədər də cəhalət qol-qanad açacaq – izahıolmayan vəziyyətlər dillərdə gəzəcək, şişirdiləcək, qorxudacaq... Bəs niyə elmbunları izah edə bilmir? Kobud desək, elmin də girə bilmədiyi kollar var. Belədeyək, elmin açarı müəmma qıfılına düşə bilmir. Bəlkə də nə vaxtsa uyğun açardüzəldiləcək. Amma sirrini açmaq istəməyən müəmma hələ ki, öz əhatəsini genişləndirməkdədir.

Bu gündənetibarən Adalet.az saytında (həmçinin "Ədalət” qəzetində) sirli, vəhşətli "Dünyanınqara üzü” rubrikamız start götürür. Diqqət!!! Ürəyi və əsəbi zəif olanlaroxumasınlar!

İlkburaxılışımızda dünyanın müxtəlif, hətta bir-biri ilə sudan-qurudan, milli,dini əlaqəsi olmayan ölkələrdə bənzər anomal məkanlardan – insanların vəheyvanların kütləvi intihar etdikləri ərazilərdən bəhs edəcəyik. Şərti olaraqilk buraxılışımızı "İntihar carçıları” adlandıraq.

Rusiya,Çerepovtsa şəhəri. Ümumiyyətlə, anomal hadisələr üçün əlverişli olan bir çoxölkələr var ki, onların arasında Rusiya Şotlandiyadan sonra ikinci yerdə gəlir. Şimal qonşumuzunmüxtəlif bölgələrində saysız-hesabsız anomal zonalar mövcuddur. Elə insanlarıda mistikaya meyillidirlər. Beləliklə, şəhərlə eyni adı daşıyan Çerepovtsa bataqlığı,hətta alimlərin tədqiqat üçün cürət etmədikləri ərazidir. Burda indiyədək sayagəlməz dərəcədə intiharlar baş verib. Amma sonradan belə məlum olub ki, buintiharlar məcburidir, yəni ərazidən keçən insan özündən asılı olmadan intiharedir. Ordan təsadüfi sağ çıxanlar isə müəmmanı belə izah edirlər: bataqlığınqırağında sanki kimsə onları suya itələyir, oradan çıxmaq istəyəndə isə görənməzəllər dibə doğru dartmağa başlayır. Deyilənə görə, ta qədimdən bu ərazi qarakabusları ilə məşhurdur. Ətrafda nəinki insan, heç heyvan da gözə dəyməz.Yalnız yolunu azan səyyahlar, şəhərdə gəzən qəriblər bu müəmmanın toruna düşürlər.



Bataqlığındərinliyi 5 metrdir. Bataqlığın yerləşdiyi ərazidə bir neçə kiçik göl də var. Hələ1850-ci ildə bu şəhərdə dərs demiş müəllimin gündəlikləri günümüzdə tapılıboxunarkən tükürpədici faktlar üzə çıxmışdı. Müəllim yazırdı: "O ruh yenə dəulayır. Bir dəfə səni gördümü, əl çəkməyəcək, hara getsən arxanca gələcək.İçini, beynini, gücünü, yaşamaq həvəsini sorub özünə çəkəcək. Artıq gecdir, o məniöz quluna çevirib...”

1905-ciildə isə şəhərin başqa bir ziyalısı öz gündəliyində çıxış yolunu ancaq burdanuzaqlaşmaqda görürdü. Onun fikrincə, bu addımı yalnız iradəli şəxslər ata bilərdi.Çünki kabus uzun müddət öz şikarını təqib edir. Parapsixoloqlar müşahidə ediblərki, burada yaşayan insanlar ya əyyaş olur, ya intihar edir, ya da ağlınıitirirlər. Yəni şəhərdə normal psixologiyaya sahib insan yoxdur.

Rusiyanıntanınmış rəssamı olan və bu şəhərdə doğulmuş Vasili Vereşaqin gəncliyində şəhəritərk edərək canını qurtarıb. Amma o da uşaqkən yaşadığı qorxunun təsirindənçıxa bilmir. Dediyinə görə, hətta ərazinin 1 km-dən keçən insanda aqressiv dəyişiklikləryaranır. Kimisə döymək, öldürmək istəyirsən. Getdikcə insanda zombilik yaranırki, bu da sonda insanın ağlını, ya da canını alır.

Qeydetdiyim kimi, "İntihar carçıları”ndan biri də sirrləri ilə çox düşüncələriqarışdıran Şotlandiyadadır. Paytaxt Qlazqonun yaxınlığında yerləşən Overtaun ərazisindəbağ massivlərinə aparan bir körpü var. Ev heyvanlarının kütləvi intihar etdiyikörpü sayılır. Axı elmi məntiqə görə heyvanlar intihar etmir? Elə isə itlər niyəözlərini 15 metrlik körpüdən içi qayalıqlarla zəngin dağ çayına atırlar?! Üstəlik, sudan sağ çıxan itlər yenidən körpüyə qalxaraq bir daha çaya tullanırlar. Bəziversiyalar var: belə ki itlərin insana olan sədaqəti, yardıma hər an hazırolmaları özlərinin məhvinə səbəb olur. Deyirlər ki, vaxtilə zalım ata bu körpüdəndoğma oğlunu atıb. Hələ körpüdəykən yalvarıb, insanlardan kömək diləyən uşağınharayına yalnız qonşunun iti çatıb. Amma o da güclü kişinin öhdəsindən gələ bilməyib.Çaya düşən kimi qayalıqlara dəyib həlak olan uşağın ardınca it özünü suya atırvə ölüm onu da haqlayır. İndi də ərazidən keçən insanlar uşaq səsinə bənzərinilti eşidirlər. Yalnız itlərin eşitmə və hissetmə qabiliyyəti güclüolduğundan, onlar daha aydın eşitdiklərin səsin sahibinə kömək etmək üçün özləriniçaya atırlar. Son 10 ildə bu körpüdən yüzlərlə itin "intihar” etdiyibildirilir.  

ABŞ-ınKonnektikut ştatında Dadlitaun adlı kiçik bir şəhər var: haqqında qorxunc rəvayətlərdolaşır. Şəhəri üç nəhəng dağ əhatəyə alıb. Bu dağlar şəhərə yay-qış günişığının düşməsinə imkan vermir. Üstəlik bu günəşsiz şəhərin ərazisinin böyükhissəsi sıx, keçilməz meşələrlə örtülüdür. Sakinlər bu şəhəri hələz yüz ilbundan qabaq tərk ediblər. Səbəb isə insanların heç nədən ölümləri, qeybolmalarıdır. Şəhərin adının "Deadly town” (Ölü şəhər – Ş.Ş) birləşməsindən əmələgəldiyi bildirilsə də başqa bir fərziyyə də mövcuddur. 1993-cü ildə aparılmışjurnalist araşdırmasından belə məlum olmuşdu ki, İngiltərə kralı VIII Henrinidevirmək istəmiş hersoq Edmund Dadli ölüm cəzasına məhkum edilərək bura sürgün olunub. Burda edam olunan hersoqun ölümü kralın hiddətini soyuda bilməyibvə ən güclü cadugərləri toplayaraq Dadli sülaləsini, eləcə də edamın icraolunduğu ərazini lənətləyiblər. Həqiqətən də şəhərə sürgün olunan Dadli sülaləsimüxtəlif səbəblərdən öldürülüb, eləcə də özləri qatil olublar. Lənətlənmiş nəslinnümayəndələri öldükdən sonra, növbə şəhərin digər sakinlərinə keçib. Və XX əsrinəvvəllərinə qədər burda ən dəhşətli ölümlər xronoloji ardıcıllıqla sıralanıb.

Bundanbaşqa, şəhərin müəmması ilə maraqlanan tədqiqatçılar da vahimədən öz payınıalıblar. Ən maraqlısı isə ərazinin girişindən başqa, içəri hissələrində kamera vəfotoaparatların işləməməsidir. Deyilənlərə görə, şəhər darvazasından girən kimisanki kimsə boğazlarına əl atır və boğulma başlayır. Tədqiqatçılar elədarvazadan geri qayıdıblar. Yalnız bir jurnalist şəhərə girib. Onun sonralardediyinə görə, şəhərin içərisinə doğru addımlarkən ayaqlarında ağırlaşma başverib, qulaqlarında küy yaranıb. Üstəlik, qəfil ərazini duman alıb və ətrafıgörünməz edib. Dumanın arasından getdikcə artan pıçıltı səsləri gəlib.Qorxusuna yenilən jurnalist gəldiyi yolla da geri qaçmalı olub və o, gerilədikcəduman çəkilməyə başlayıb.



Bu kimianomal zonaları araşdıran demonoloqlar qismən də olsa hadisələrin elmi izahınıverə biliblər. Onların sözlərinə görə, insanlara ilk təsir edən ərazininqorxunc görünüşüdür. Üstəlik, rütubətli yerlərdə ağırlıq çox olur ki, insanınfiziki fəaliyyətinə təsir edir. Aşağı və yuxarı ətraflarda ağırlaşmalar olur.Qulaqda küy artır, görmə qabiliyyəti dumanlanır. Bu da öz növbəsində insandanarahatlıq, ürək döyüntüsü yaradır. Sağlam insan özündəki qəfil dəyişikliyiqeyri-adi qüvvələrin təsiri ilə əlaqələndirir. Belə ərazilər geopatoloji olduğuüçün geomaqnit dalğalar insanın əqli fəaliyyətinə, psixikası mənfi təsir edir.Şəxsdə aqressiv dəyişikliklər gözə çarpır.

Göründüyükimi, elm bəzi məqamlarda sussa da, ümumilikdə aciz deyil. Ən azından bu gün dəolmasa, nə vaxtsa bu müəmmaların tam izahı veriləcək. Sadəcə səbr...

(Ardı var)


Şəfiqə ŞƏFA