adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Yanvar 2016 15:20
93714
RUBRİKA

Dünyanın qara üzü: "Keçmişdən görüntülər”

Dünyanınqara üzünə gedən yol əslində rəngarənglikdən keçir – həqiqi və məcazi mənada:gün ərzində gözün gördüyü rənglər axşama bozarıb, gecəyə qaraldığı kimi, həyatınrəngli tərəfi də insanı ovsunlayıb zülmətin ağuşuna ata bilər. İnsanı yanıldanda ən çox güvəndiyi gözləridir ki, bütün rəng çalarlarından keçib sonundaqaranlıq dünyaya əbədi yumulur. Kərbəlayi demiş: "Qaradan artıq boyaq olmaz” ("Axırıncıaşırım”). Amma bu gün "Dünyanın qara üzü”ndə gözləri aldadan rənglərdən bəhs edəcəyik,daha doğrusu, o rənglərin birləşib insan gözü önündə xariqələr yaratmasından...

İlğım –öncə elmi izahından danışaq ki, bizi mövhumatda qınamasınlar: atmosferdə işıq şüalarınınqırılmasından doğan və əsasən də səhralarda, boz yollarda, meşə və çöllüklərdə asanlıqla görünən optikyanılma. Uzaqdakı bir cismə baxarkən sanki bir su səthindən əks olunurmuş kimi,cisimlə birlikdə görünür. Hallüsinasıyanın əksinə olaraq, ilğım təbiət hadisəsidir.Foto və ya videokamera ilə çəkilə bilir.

Gördüyünüzkimi elmi izahı var, amma elmin izah edə bilmədiyi bir məsələ xüsusiləqabardılmalıdır: niyə ilğımlar göründüyü yerlərdə mümkün olmayanı əks etdirir?!Məsələn, qupquru səhrada yaşıl vadi... Bir çox ilğımlarda isə ağılalmazgörüntüdə qədim dövrlərdən olan hadisələr canlanır – döyüş səhnəsi, qoşunlar, qədimşərq bazarı, gəmilər və s. Optik yanılma bəlkə heç yanılmır?.. Həqiqətən dəquru səhra nə vaxtsa yaşıl vadi olub, ya itmiş gəminin, məğlub ordunun, yerınaltına gömülmüş tarixi bazarın atmosferə hopmuş xatirələridir, bu gününinsanının gözü önündə canlanır?! Yeri gəlmişkən, bəzi mütəxəssislər bunu özünəməxsusizah edirlər "II Dünya”nın "I Dünya”ya görünməsi prosesi adlandırırlar. Başqasözlə, ilğımın yaranma prosesindəki quru, isti havada buxarlanan damlalar güzgükimi bizim gözlərimizin adi hallarda görmədiyi dünyaları əks etdirirlər. Bildirirlərki, bizdən başqa kainatların, müxtəlif zaman dönəmində mövcud olduğu vəyaşamını davam etdirdiyi artıq çoxdandır məlumdur (elm bunu qəbul etmir, ammaizah da edə bilmir). Güman ki, həmin aləmlər vaxtaşırı özünü xatırladır. Buarada müqəddəs "Qurani-Kərim”də bəhs olunan 18 min kainatı da hafizəmizin bir kənarındatutaq və bəzi skeptiklər kimi bu aləmləri kəşf olunmuş, səmada Günəşin başına hərlənənplanetlərlə qarışdırmayaq. Çünki elm də dalana dirənəndə fəzadan başqa, Yerin təkində də digər dünyaların mövcud olduğunu etiraf etməli olur.  

Orta əsrlərAvropasında ilğımı Fata Morqana adlandırırdılar (italyancadan tərcümədə - sehrlipəri Morqana). Əfsanəyə görə, dəniz dibində yaşayan pəri Morqana səyyahları yanlışgörüntülərlə aldadır. Qədim Misirdə, Orta əsr Ərəbistanında da ilğımı şeytan təsvirlərihesab edir, əvvəllər yaşanmışların canlaması kimi qəbul edirdilər. Maraqlıdır ki, ilğım daha çox səyyahlarıngözünə görünür, başqa sözlə yerli sakinləri çox da aldada bilməyən bu təbiət hadisəsiningücü yorğun səyyahlara çatır. Öz gözünə inanmayanların gördüklərini sadalayaq:    


 


2011-ciil mayın 9-da Çinin Xaynan əyalətində görünən qəribə ilğım hər kəsi panikayasalmışdı. Təxminən bir saat ərzində dənizin üstündə naməlum şəhər ucaldı. Həttagəmiləri ilğıma yaxın üzdürüb daha aydın fotoşəkillərini də çəkmişdilər. Özünükameraların yaddaşına köçürdükdən sonra isə ilğım yavaş-yavaş səmada ərimişdi. Ondan bir il öncə də həmin əyalətdə - səmadahündürmərtəbəli, amma qədimi bina görünmüşdü.

Müəmmalıilğımların daha çox rastlandığı yerlərdən biri Krit adasıdır. Burda tez-tez döyüşsəhnələrinin canlandığı ilğımlar görünür. Səhnələr daha çox Franka-Kastello qəsriyaxınlığında "göz oxşayır”. Tarix bunu təsdiqləyir, məhz həmin qəsrintorpaqlarında türk və yunan ordusu arasında iki qanlı döyüş baş verib. İlğımıgörənlər isə qulaqlarını yerə dirəyəndə əsgərlərin bağırtısını və silahların səsinidə qismən eşidə bilirlər. O da maraqlıdır ki, havada asılı şəkildə görünən builğım sürünərək qəsrin divarlarına çatanda yox olur.  



Döyüş səhnələriRusiya ərazisində də dəfələrlə görüntülənib: Yaroslavl vilayətindəki Pleşeyevagölü üzərində yaralı əsgərlərin qıvrılması, hətta iniltisi eşidilir. Bundanbaşqa, meşə boyu qaçan, hücum edən əsgərlər də görənləri mat qoyur. Burda datarix susmur, məhz həmin ərazidə orta əsrlərdən ta II Dünya Müharibəsinə qədər birçox döyüşlər baş verib. Üstəlik, döyüşlərdə ölənlərin çoxu gölə tökülüb...  

RusiyanınBaykal gölü də "tamaşa” həvəskarıdır. Yerli balıqçılar tez-tez gölün üzərindəköhnə paravoz, qədim şəhər görürlər. Bu görüntüləri geoloq alim Lakmakin də təsdiqləyir.Özünün dediyinə görə, araşdırma üçün getdiyi gölün qırağında yaşayarkən bir gecəqatar fitinin səsinə oyanır. Eyvandan baxanda gölün üzərində şütüyən qatarı vəay işığında pəncərələrdən boylanan insanları görür.

Alyaskadaisə ilğımlar gəlir mənbəyinə çevrilib. Çünki burdakı görüntülər səmada düz 4saat qalır və onu görmək üçün dünyanın bir çox yerlərindən turistlər axışır. 2004-cüildə isə elə tusitlərin və yerli sakinlərin gözü önündə aeroşou zamanı qəribəilğım insanları çaşdırmışdı. Şounun ortasında iki təyyarə toqquşmuş vəqığılcımları, hissələri yerə tökülmüşdü. İnsanlar və xilasedicilər qəza yerinəaxışanda orda heç nə görməmişdilər. Elə səmaya qalxmış bütün təyyarələrin dəsayında azalma yox idi, hər kəs sağ-salamat idi.

Ammaqorxmaz turistləri hürkütmədən diqqətə çatdıraq ki, bəzən ilğımın görüntüsündəzzövq almaqla yanaşı, onun içinə də düşmək olar. Londonun Otterburn şossesi iləmüsahibəyə yollanan jurnalis Doroti Stronq danışır ki, yolun ortasında mindiyitaksi qəfil dayandı, motor söndü. Sürücü nə qədər əlləşsə də maşını hərəkətə gətirəbilmədi. Qəfildən, bır neçə əsgər heçlikdən peyda olaraq maşına hücum elədilər,amma maşının dəmirinə dəyən kimi parçalanıb havada əridilər.

1999-cüilin 14 mayında Rusiya metrosunda baş vermiş qəribə hadisə onlarla sərnişinin təsdiqlənməsindənsonra hətta şəhər milisinin qeydlərinə də keçib. "İzmayılovskiy park”stansiyasından "Pervomaysskiy” stansiyasına gedən tunneldə tükürpədən ilğımıniştirakçıları sərnişinlər özləri olublar. "İzmayılovskiy park” stansiyasınınüstündə adını daşıdığı park sıx meşəliyi ilə fərqlənir. Məhz o meşənin altı iləkeçəndə birdən qatarın işıqları sönüb, qatar dayanıb. Sərnişinlər qorxmağamacal tapmamış pəncərələrdən günəş şüalarının işıqlandırdığı meşə aydın görünüb,amma uzaqda şinnelli əsgərlər də gəzişirmiş, həm də havada barıt qoxusu varmış.Bir neçə dəqiqə sonra görüntü itib, qatar heç nə olmamış kimi yoluna davamedib.  

İlğımlarlabağlı siyahını daha da uzatmaq olar, çünki bu günə qədər saysız-hesabsız bu cür sirli təbiət hadisələri baş verərək, keçmişi insanların gözünün önünə sərib. Ammasadalanan faktlar kifayətdir ki, kitablara həbs etdiyimiz tarixin əslində sətirlərdədeyil, elə dünyamızla paralel sıralandığını anlayaq. Müqəddəs kitabımızda bəhsolunan aləmlərin müəmmasını dərk etmək üçün hələ kamil şüur yetişməyib, ammaadi məntiqlə belə bütün bu möcüzələrin həmin aləmlərin Rəbbindən bir işarəolduğunu anlamaq mümkündür.   


Şəfiqə ŞƏFA