adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Yanvar 2016 16:44
91745
RUBRİKA

Dünyanın qara üzü: "Qorxunc meşələr”

Yaşadığımız dünyanın vazkeçilməzşirinliyi onun ağrı-acısını həmişə üstələməyi bacarıb. Amma dünyanın qaraüzünün mövcudiyyəti də hər fürsətdə özünü xatırlada bilir. Rubrikamızdadünyanın qaranlıq tərəfini mücərrəd anlamda diqqətinizə çatdırmaq məqsədigüdürük, zatən birbaşa olaraq çətinlik və fəlakətlərini göstərməyə ehtiyacyoxdur, vaxtaşırı "qonağımız” olur.

"Dünyanın qaraüzü” rubrikasında bu dəfə günəşin önünü çətirləyən qorxunc meşələrdən bəhs edəcəyik.Ümumiyyətlə, meşə həmişə insanları hürküdüb. Atalarımızın belə bir misalı var: "Qurddanqorxan meşəyə girməz”, amma qurdu eyninə almayan ən cəsarətli adam da meşəyəgirəndə qeyri-ixtiyari ürpənir. Təkcə yırtıcılarla üz-üzə gəlmək təhlükəsi deyil,əsas oylaqlarından biri meşələr olan olan paranormal varlıqlar da insanı özkölgəsindən belə ehtiyatlanmağa vadaredir. Müxtəlif çeşidli heyvanları, giləmeyvələri, odunluq, avadanlıq ağacları,müalicəvi otları, göbələkləri ilə daim insan oğlunu özünə çəkən "hiyləğər” meşələröz qaranlıqlarında hələ də çözülə bilməyən müəmmaları gizlədir.

Konkret olaraq,qorxuncluqda və zərərvericilikdə ad çıxarmış meşələr var ki, onların təkcə şəkillərivahimə yaradır. Biz o əraziləri sadalayaq ki, təsadüfən yolu düşənlər ehtiyatlıolsunlar, mümkün qədər yan keçsinlər. Yox, əgər adrenalin istəyənlər varsa, oayrı məsələ...  

Ən qorxulu və qəribəmeşələrdən biri, hətta öndəgələni Rusiyada yerləşən "Sərxoş meşələr” və ya namıdigər "Rəqs edən meşələr”dir. Zarafatyana desək, ruslar meşələrini də sərxoşluqdaözlərinə oxşadıblar. Necə deyərlər, "Mal yiyəsinə çəkməsə, haramdı”. Adında eləharam daşıyan bu anomal meşə Ryazan vilayətinin Şilovski rayonunun Dubrovka kəndindəyerləşir. Meşəylə bağlı elmi, parapsixiloji bir çox təxminlər irəli sürülsə də,konkret səbəblər məlum deyil. Burdakı ağaclar qeyri-təbii şəkildə yana əyilmişformadadır, həqiqətən də sərxoş adamın rəqsini xatırladır. Üstəlik, hamısı dabir istiqamətə əyilib, eyni ölçüdədir, sanki epilektik rəssamın fırçasındançıxıb. Meşəyə girən insanda dərhal kəskin başağrı, ürəkbulanması, halsızlıq və əntəhlükəlisi – hallusinasiyalar yaranır. Psixi durumundan asılı olmayaraq, hər kəseyni vəziyyətə düçar olur. Meşədə dəfələrlə mütəxəssislər tərəfindən araşdırmaaparılıb, amma insanda yaranan bu narahatlığın nədən qaynaqlandığı məlumolmayıb.  



Bundan başqa, təkcəmeşənin içində deyil, kəndin özündə də xogəlməzliklər hökm sürür. Burda deməkolar ki, hər evdə müəyyən faciə yaşanır. Bəsirət gözü açıq olan dördayaqlılar mənsubolduqları heyvan cinsindən dönüb "quzu”ya çevriliblər. Kənddə ev heyvanlarınıncınqırı belə çıxmır, xüsusən də gecələr bütün heyvanların qəribə, ürkək görüntüsü yaranır, sahiblərinin ətəyindən əl çəkmirlər. Mütəxəssislər deyirlər ki, bu ərazikənar təsirlər tərəfindən yüksək enerji axınına məruz qalır.  

Naməlum qüvvə tərəfindəndeformasiyaya uğramış bu meşələrə az da olsa, Rusiyanın Kalininqrad, Volqoqrad vilayətlərində, eləcə dəPolşada rast gəlmək olar.  

Yaponiyada yerləşənAokiqahara meşəsi də öz anomallığına görə seçilir. "Ağacdan dəniz” adı veilənbu meşə məşhur Fudziama dağının ətəyindədir. Meşədə kompas avtomatik olaraqsıradan çıxır. Ora girən insanda qəribə dəyişikliklər, xüsusilə də ruh düşkünlüyüyaranır, meşədən qayıtdıqdan sonra isə bir neçə həftə lal-dinməz,laqeyd gəzən insanın aqibəti intiharla nəticələnir. 1950-ci ildən bu yana 500-dənartıq insan bu duruma düşərək canına qəsd edib. Ölümxofundanmı, ya nəyə görəsə, ora elmi araşdırmalar üçün də mütəxəssislər getməkistəmirlər. Odur ki, sirlərin qoynunda uyuyan bu meşə külək oldu-olmadı dalğalanaraqdənizə meydan oxuyur.

AlmaniyanınŞimali Reyn Vestvaliya ərazisindəki Tevtoburq meşəsində qədim Eksternştayn məbədi yerləşir. Məbəd 5 nəhəng sütunlar üzərində qurulub, hər birinin hündürlüyü 30metrdir. Rəvayətə görə, bu məbəd iblisin özü tərəfindən bir gecədə tikilib...Belə deyirlər ki, məbəddə bir pilləkən var ki, onun sonu yoxdur, yəni hardabitdiyi məlum deyil. O qədər qədim tikilidir ki, onun tarixini dəqiqləşdirməkmümkün olmur. Bəziləri hələ daş dövründə salındığını, bəziləri isə e.ə XII əsrdətikildiyini bildirir.  

İngiltərənin "Qışqıranmeşə”si  Kent qraflığının Plakli kəndində yerləşir. Meşənin beləadlandırılmağının səbəbi gecələr naməlum səslərin, qışqırtıların eşidilməsidir. Bu səslər bəzəninsani, bəzən isə qeyri-insani tonlarda olduğundan eşidənləri vahiməyə salır.Deyilənə görə, meşənin nəinki iç hissələrində, hətta kəndə tərəf olan cığırında da əsgər kabusu görünür. Onun bir neçə formada – polkovniki, qaraçını və rahibəni dar ağacına çəkənyerdə gözə göründüyü bildirilir.   



ABŞ daparanormal zonaların sayına görə dünyanın öndə gedən ölkələrindəndir. Hər şeydəolduğu kimi bu məsələdə də Rusiyadan geri qalmaq istəmir. Virciniya Ştatında "Köhnəev”in yerləşdiyi meşə tükürpədən görüntüləri ilə ad çıxardıb. Burada XVIII əsrəaid yanmış malikanə var. Orada dəniz quldurlarının xəzinəsinin olduğu deyilir.Amma kim nəfsinə yenilib bu malikanəyə gedibsə, geri qayıtmayıb, izsiz yoxaçıxıb. Meşədə tez-tez həmin dövrün geyimində olan əsgər, dəniz quldurları, başıkəsilmiş it, hindular və başqa fenomenlərin kabusu dolaşır.   

Fritaun meşəsidə dəhşət saçan kateqoriyadandır. Bura həm də yadplanetlilərin məkanı sayılır.Ətrafda yaşayan sakinlər tez-tez sayrışan qəribə işıqlar görür, səslər eşidirlər.Gündüzlər isə kütləvi şəkildə ölmüş heyvanlara rast gəlinir. Vaxtilə bu ərazidəhindular yaşayırmış, onların qəbirləri hələ də ərazidədir. Bu hindular gəlməamerikalıların qəddarlığından çox zülüm çəkdikləri üçün vaxtaşırı rituallarkeçirirlərmiş. Bu gün də onların ruhlarının ərazidə görünməsinin şahidləri var.

Göründüyü kimi,müəmmanın dolaşdığı və ya dolaşmadığı yer yoxdur. Əslində bəlkə də əhəmiyyətverməyib inanmamaqla özümüzü qorumuş oluruq. Amma hər ehtimala qarşı, belə xəlvətiyerlərdən uzaq olmaq daha məsləhətlidir.

(Ardı var)

 

Şəfiqə ŞƏFA