Kanada 51-ci ştat olmaqdan imtina etdi
ABŞ -ın yeni prezidenti Donald Trampın atdığı "ilk oxu" hələlik daşa dəydi. Kanadanın xarici işlər naziri Melani Joli bəyan etdi ki, ölkəsi Trampın 51-ci ştatı olmaq təklifini rədd edib.
Kanada ABŞ-ın təklifini rədd etməklə yanaşı, qonşusuna yaxşı dost münasibətləri saxlamağı tövsiyyə edib. Bununla bağlı, Vaşunqton səfəri zamanı ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşü barədə Financial Timesə müsahibə verən Melani Joli bəyan edib.
"Qətiyyən yox... Biz həqiqətən yaxşı dost ola bilərik, ən yaxşı dost. Lakin biz heç vaxt ştat və ya kaloniya olmayacağıq, Nöqtə"- deyə xarici işlər naziri məsələyə nöqtə qoyub.
Bəs doğrudanmı bu məsələyə nöqtə qoyulur? Bir tərəfdən Joli qeyd edir ki, Ottava üçün Birləşmiş Ştatların ərazilərinin özünün şimal qonşusunun əraziləri hesabına genişlöndirmək niyyəti qəbuledilməzdir. Digər tərəfdən isə, ABŞ-ın yeni prezidenti Donald Trampın birdən-birə Kanada və Qrelandiyayanın ABŞ-ın tərkibinə qatılmalarl ilə bağlı təklif gpndərməsi, ardlnca isə, təklifləri qəbul edilməsə, Kanadanı "çox ciddi" vergi, ticarət rüsumları gözləyəcəyi ilə hədələyir.
Deməli məsələ birdən-birə ortaya atılmaylb. Trampın komandası Kanada və Qrelandiyanın hesabına ərazilərinin genişləndirilməsi proqramını çoxdan hazırlayıb və yəqin ki, bunun həyəta keçirilməsi üzrə müvafiq proqramları da var.
"Dərin dövlət" Bil Qytslərin, İlon Maksların dili ilə, dünyanın yeni düzümü ideyalarını ortaya atması, hegemon dövlətlərin qonşu dövlətlərin ərazilərini zəbt etməklə- fərqi yoxdur müharibə, danışıqlar və ya təhdidlər yolu ilə- ərazilərini genişləndirməsi demək idimi?
Rusiya "yeni düzən" proqramının həyata keçirilməsində, artıq müharibə yolu ilə, böyük sayda itkilər hesabına olsa da, qismən Ukraynana ərazilərinin müəyyən bir hissəsini işğal edib və rəsmən öz ərazilərinə birləşdirib.
Çin qonşusu Tayvanı öz əraziləri hesab edir və tezliklə bu ölkəni ərazilərinə birləşdirməyi planlaşdırır. ABŞ-n iştahı isə daha böyükdür- hələlik müharibəsiz, dava dalaşsız, qansız qadasız Kanada və Qrelandiyanın ABŞ-ın ştatı olmasını təklif edir. Yəqin ki, bu ölkələr "Sem dayının" "sülhməramlı" təklifləri ilə razılaşmasalar, təhdid və ya zorla "dünyanın ağasının" kaloniyasına çevrilmək təhlükəsi ilə üzləşəcəklər.
"Yeni düzəndə" Avropada hansı ölkənin hansl ölkəni "basıb yeyəcəyi" daha maraqlı olacaq. Məsələn, Almaniya Avstriyanı, Böyük Britaniya İrlandiyanı, Fransa və İtaliya, hansı hansını basıb yeyəcəyi "maraqlı" olacaq.
Rusiya Ukrayna əraziləri ilə kifayətlənəcəkmi, yoxsa qərbə doğru- yeni "Varşava Müqaviləsi" hərbi bloku yaratmaq məqsədiylə, Polşa, Rumıniya, Çexiya, Slovakiya, keçmiş Yuqoslaviya istiqamətində "yürüşlərini" davam etdirəcək? Yerdə qalan ölkələr sadəcə kənardan müşshdə edəcəklərmi, yoxsa mübarizənin aktiv üzvülərinə çevriləcəklərmi, sualına zaman cavab verəcək.
Yaxın Şərqdə bu yöndə dövlətlər arası həm odlu, həm də "soyuq müharibə" gedir. Asiyada da həmçinin. Qalır Afrika, orada "yeni düzən" məsələsi artıq on illərdi davam edir, yeni dövlətlər yaranır, sonra həmun dövlrətlər bir də yenidən başqa adlarla yaranır. Bir sözlə "Sem dayının" "yeni düzən" eksprimentləri bu qitədə on illərdi davam edir...
Allah axırını xeyir eləsin...