DYP sürücülərə müraciət etdi

Bakı Şəhər DYP İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Paytaxtda yeni tədris ilinin başlanması ilə əlaqədar küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyi artacaqdır.
Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmasınlar.
Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik".
Digər Xəbərlər

Həkimlər nəyi reklam edə bilməz? - Nazirlik qaydaları bir daha xatırlatdı

Bir sıra şəxslərə dərman vasitəsi kimi psixotrop maddələr pulsuz veriləcək

"Su qıtlığının tam qarşısını almaq mümkün deyil" - Muxtar Babayev

Agentlikdən gəmilərə xəbərdarlıq

Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb

Əli Əsədov qərar imzaladı

Nazirlikdən gənc əsgər valideynlərinə çağırış
